12px13px15px17px
Tarix:10/09/14

Bakıda kibercinayətkarlıqla məşğul olan Çin vətəndaşlarının məhkəməsi başa çatıb

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirləndirilən Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Prosesdə qərar elan olunub. Qərara görə, şikayət təmin edilməyib.

 

Qeyd edək ki, bir müddət əvvəl daxili işlər orqanları kibercinayətkarlıqla mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Belə ki, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ölkəmizin bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Çin Xalq Respublikasının vətəndaşları - 27 yaşlı Zhang Jianquan, 29 yaşlı Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bankomatlarına müdaxilə ediblər.

 

Saxlanılan şəxslərin qaldığı "Ariva" mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, "skimmer" aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 196 manat ziyan vurublar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.





Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024