12px13px15px17px
Tarix:11/09/14

ABŞ-da ən çox İT mütəxəssisi hansı ştatdadır?

ABŞ Statistika Bürosu və “Dice” şirkəti ştatlar üzrə işçilərin ümumi sayında informasiya texnologiyaları (İT) mütəxəssislərinin, eləcə də açıq İT vakansiyalarının sayını hesablayıb. Ümumilikdə ABŞ-da İT sahəsi ilə bağlı vəzifəyə 80651 vakansiyanın olması müəyyən edilib.
 
Ştatlar arasında reytinqin lideri Texas seçilib. Bu ştatda İT mütəxəssislərinin sayı 143300, vakansiyaların 8100 təşkil edir ki, bu da orada çalışan ümumi işçilərin 5,99 faizi deməkdir. Bu fakt Texasın ABŞ-ın neft ştatı olması ilə bağlı yaranmış fikrə ziddiyyət təşkil edir.
 
İkinci yerdə İT mütəxəssislərinin sayının 5,64 faizə, vakansiyaların 4100-ə çatdığı Florida ştatı qərarlaşıb. Üçüncü yeri böyük fərqlə Şimali Karolina ştatı (3,8 faiz) tutub. Reytinqdə sonrakı yerlərdə Oreqon (3,5 faiz), Vaşinqton (3,53 faiz) və Nyu-York (3,08 faiz) ştatları yer alıb.
 
Massaçusets ştatı ərazisində Massaçusets Texnoloji İnstitutunun yerləşməsinə baxmayaraq yeddinci yeri tutması (2,91 faiz) maraq doğurur. Reytinqdə Nyu-Cersi səkkizinci (2,84 faiz), Miçiqan isə doqquzuncu (2,72 faiz) yerlə kifayətlənib. Onluğu 2,1 faizlə Missuri ştatı tamamlayır.
 
Qeyd edək ki, reytinqdə ərazisində “Silikon vadisi”nin yerləşdiyi Kaliforniya haqqında məlumat verilmir, - “IT-Weekly www.it-weekly.ru” yazır.



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024