Tarix:15/09/14
Tədqiqat zamanı müəyyən edilib ki, əlavələrin üçdə bir hissəsində məxfilik siyasəti haqqında informasiyanın olmaması ilə yanaşı, fərdi məlumatlara çıxış üçün çoxlu icazələr də alınıb. Eyni zamanda analiz edilən mobil əlavələrin 43 faizində məxfilik siyasəti haqqında informasiya smartfon ekranları üçün uyğun olmayan şəkildə təqdim edilib.
“SRD Wireless” şirkətinin icraçı direktoru Anders Çenqin sözlərinə görə, əlavələr çox olanda, istifadəçi fərdi məlumatları lazım olandan daha çox verməli olur. Bundan başqa, mobil əlavələr bu informasiyanı digər qurğularla mübadilə etməyə imkan verir ki, bu da istifadəçilərin məxfi məlumatlarının təhlükəsizliyi üçün potensial təhlükə törədir.
A.Çenq əlavə edib ki, operatorlar və mobil əlavə tərtibatçıları haker hücumlarının və ya müdaxilələrin qurbanı ola bilər ki, bunun da nəticəsində milyonlarla insanın fərdi məlumatları cinayətkarların əlinə keçə bilər. Mütəxəssis istifadəçilərə minimum informasiyanı təmin edən mobil əlavələri quraşdırmağı tövsiyə edir, - "SecurityLab ” yazır.
Mobil əlavələrin 85 faizində məxfilik siyasəti haqqında informasiya yoxdur
“GPEN” (Global Privacy Enforcement Network) məxfilik siyasəti təşkilatının ekspertləri 1211 müxtəlif mobil əlavənin təhlilini aparıblar.Tədqiqat zamanı müəyyən edilib ki, əlavələrin üçdə bir hissəsində məxfilik siyasəti haqqında informasiyanın olmaması ilə yanaşı, fərdi məlumatlara çıxış üçün çoxlu icazələr də alınıb. Eyni zamanda analiz edilən mobil əlavələrin 43 faizində məxfilik siyasəti haqqında informasiya smartfon ekranları üçün uyğun olmayan şəkildə təqdim edilib.
“SRD Wireless” şirkətinin icraçı direktoru Anders Çenqin sözlərinə görə, əlavələr çox olanda, istifadəçi fərdi məlumatları lazım olandan daha çox verməli olur. Bundan başqa, mobil əlavələr bu informasiyanı digər qurğularla mübadilə etməyə imkan verir ki, bu da istifadəçilərin məxfi məlumatlarının təhlükəsizliyi üçün potensial təhlükə törədir.
A.Çenq əlavə edib ki, operatorlar və mobil əlavə tərtibatçıları haker hücumlarının və ya müdaxilələrin qurbanı ola bilər ki, bunun da nəticəsində milyonlarla insanın fərdi məlumatları cinayətkarların əlinə keçə bilər. Mütəxəssis istifadəçilərə minimum informasiyanı təmin edən mobil əlavələri quraşdırmağı tövsiyə edir, - "SecurityLab ” yazır.
Baxış sayı: 914
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)