12px13px15px17px
Tarix:16/09/14

Stiven Xokinqə “ağıllı” əlil arabası hədiyyə edilib


Məşhur nəzəriyyəçi fizik alim Stiven Xokinq onun üçün "Əşyaların interneti" layihəsinin iştirakçıları tərəfindən  yaradılmış yeni əlil arabasına sahiblənib.
 
İstehsalçı və konstruktorlar əlil arabasına böyük sayda biometrik datçik quraşdırıblar, onlardan toplanan informasiya xüsusi quraşdırılmış ekranda göstərilir və alim bu ekrandan, həmçinin ətrafdakı insanlarla ünsiyyət qurmaq üçün istifadə edir.
 
“ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, artıq Xokinq ekranda ürək döyüntüsü, arterial təzyiq və bədənin hərarəti kimi həyati əhəmiyyətli göstəriciləri izləyə bilər.
 
Bundan başqa, əlil arabası hərəkət marşrutları təyin edə, həmçinin əlil insanların hərəkəti üçün nəzərdə tutulmuş pandus və başqa qurğuların mövcudluğu haqda alimə məlumat verə bilir.
 
Emil Hüseynov



Baxış sayı: 1958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024