Tarix:19/09/14
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Vaşinqton Universitetinin alimləri bəyan ediblər ki, planet əhalisinin sayının artımı 2015-ci ildən sonra stabilləşməyərək XXI əsrin sonunadək davam edəcək. 2100-cü ildə Yer kürəsi əhalisinin sayının 11 milyard nəfər təşkil edəcəyi gözlənilir. Bu, əvvəllər hesab edildiyindən 2 milyard çoxdur. Hesabat “Science” jurnalının sonuncu nömrəsində verilib.
Tədqiqatçılar BMT tərəfindən iyulda təqdim olunan son statistik məlumatları təhlil ediblər. 80 faizlik ehtimalla Yer kürəsinin əhalisi əsrin sonunadək 7,2 milyarddan 9,6-12,3 milyardadək artacaq. 1990-cı ildən demoqraflar arasında 9 milyardlıq göstəriciyə nail olunacağı təqdirdə planet sakinlərinin sayının stabilləşməsi və ya azalması ilə bağlı fikir geniş yayılıb.
Daha çox artım Afrikada gözlənilir. Bu qitənin sakinləri dörd dəfə - 1 milyarddan 4 milyardadək artacaq. Məsələ ondadır ki, demoqrafların proqnozlarının əksinə olaraq qitədə doğuş səviyyəsi azalmır. Bundan əlavə, Afrika ailələrinin çoxuşaqlı (hər ailədə orta hesabla 4-6 uşaq) olmasının səbəblərindən biri hamiləliyin qarşısını alan dərmanların çatışmazlığı ilə əlaqədardır. Digər səbəb Afrikada QİÇS-dən ölüm hallarının azalmasındadır.
Digər qitələrdə vəziyyətin stabil olacağı proqnozlaşdırılır. Asiyada artımın hazırkı 4,4 milyarda nisbətdə ən yüksək həddi 2050-ci ildə olacaq (5 milyard nəfər), daha sonra əhalinin sayı azalmağa başlayacaq. Şimali Amerika, Avropa, Cənubi Amerika əhalisinin sayının qitələr üzrə 1 milyarddan az olacağı ehtimal edilir.
“Əvvəlki proqnozlar konkret ssenarilərə əsaslanıb və bu səbəbdən orada qeyri-müəyyənlik olmayıb. Bizim apardığımız tədqiqat statistik baxımdan daha əsaslıdır və biz praktiki tədbirlərin hazırlanması üçün faydalı olacaq inandırıcı interval təqdim edirik”, - BMT demoqrafı Patrik Qerland qeyd edib, - "www.lenta.ru” yazır.
2100-cü ildə Yer kürəsi əhalisinin sayı 11 milyard nəfərə çatacaq

Baxış sayı: 1102
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet