12px13px15px17px
Tarix:23/09/14

“Apple” üç gündə 10 milyon yeni “iPhone” smartfonu satıb

“Apple” şirkəti on "birinci dalğa" ölkəsində ilk üç satış günündə 10 milyondan çox “iPhone 6” və “iPhone 6 Plus” smartfonu satıb. Bu haqda “Apple”ın saytında yazılıb.
 
Müqayisə üçün, şirkət 2013-cü ildə üç gündə bazarda 9 milyon “iPhone”, 2012-ci ildə 5 milyon satıb. Beləliklə, “Apple” yeni rekorda imza atıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple” yeni nəsil “iPhone” smartfonlarını sentyabrın 9-da nümayiş etdirib və sentyabrın 19-da qurğu ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Honkonq, Kanada, Puerto-Riko, Sinqapur, Fransa və Yaponiyada satışa çıxarılıb.
 
Amma şirkət etiraf edib ki, tədarükçülər tələbatı təmin etmək üçün kifayət qədər  smartfon istehsal etməyə nail olmayıblar.
 
Sentyabrın 26-dan “iPhone 6” və “iPhone 6 Plus” smartfonları daha 20 ölkənin bazarına çıxarılcaq. “Apple” ilin sonunadək yeni modellərin 115 ölkədə əlçatan olacağına dair söz verib.
 
Emil Hüseynov
 



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024