12px13px15px17px
Tarix:25/09/14

“Apple” “iOS 8” platformasının son yeniləməsini müvəqqəti dayandırıb

“Bloomberg” agentliyi yazır ki, “Apple” korporasiyası yeni əməliyyat sisteminin quraşdırılmasından sonra mobil qurğularda yaranan problemlə bağlı istehlakçıların narazılığını nəzərə alaraq “iOS 8” platformasının son  yeniləməsini müvəqqəti dayandırıb.
 
Agentlik yazır ki, son yeniləmədən sonra istehlakçılar müxtəlif problemlərdən (mobil rabitənin işindəki nasazlıqlar, tətbiqlərin işləmə sürətinin aşağı olması və s) şikayətləniblər.

“Apple” nümayəndəsi bildirib ki, bu şikayətləri araşdırır və hələ ki “iOS 8.0.1” yeniləməsini müvəqqəti dayandırır.

Qeyd edək ki, “iOS 8” əməliyyat sistemi bir həftə əvvəl buraxılıb.

Eyni zamanda, “Apple” sentyabrın əvvəlində yeni qurğularını (“iPhone 6” və “iPhone 6s”), həmçinin “iWatch” smart saatını, şəxsi ödəmə sistemini təqdim edib.
 
Emil Hüseynov



Baxış sayı: 2414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024