Tarix:02/10/14
Sözügedən layihənin Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirildiyini diqqətə çatdıran şöbə müdiri Təhmasib Fətəliyevin sözlərinə görə, elmi fəaliyyətdə və elmin idarə edilməsi məsələlərində informasiya texnologiyalarının tətbiqi AMEA-da həyata keçirilən islahatların prioritet sahələrindən olaraq "Elektron elm" layihəsi çərçivəsində reallaşdırılır:
"Layihənin mühüm istiqamətlərindən biri də müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması və elmdə idarəedici qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasıdır. Ölkənin elm və təhsil müəssisələrində elm sahələri üzrə çox sayda elmi nəşrlər var. Həmin nəşrlər ölkə miqyasında elmi informasiya mübadiləsinin həyata keçirilməsində, elmi nəticələrin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır".
Amma Azərbaycanın beynəlxalq elmi əlaqələrinin sürətlə genişləndiyi müasir informasiya cəmiyyəti şəraitində həmin jurnallar müəyyən parametrlər üzrə beynəlxalq normativ standartlara cavab vermir və nəticədə elmi nailiyyətlərin sürətlə yayılmasında ciddi maneələr yaranır. İTİ-dən qeyd edilib ki, şöbə müdiri bu baxımdan, nəşr olunan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsi probleminin həllinin zəruriliyini önə çəkib: "Elmi jurnalların qrant layihəsi çərçivəsində bu məqsədlə həyata keçirilən monitorinqi onların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi və beləliklə də, Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına dəstək olacaq. Qrant layihəsi çərçivəsində beynəlxalq təcrübə və Prezident yanında Ali Attestasiya Komissiyasının "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər" nəzərə alınmaqla respublikanın elmi qurumlarında nəşr olunan jurnalların monitorinqi aparılır və alınmış ilkin nəticələr təqdim olunur".
T.Fətəliyev bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb, həmin istiqamətdə görülmüş işlərdən söz açıb. Bu məqsədlə İstanbul Texniki Universiteti (İTU) və Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutunda (BİPİ) ezamiyyətdə olduğu müddətdə əldə etdiyi nəticələri təqdim edib, hər iki ezamiyyətin səmərəli və işgüzar şəraitdə keçdiyini, İTU-ya səfər çərçivəsində müvafiq qurumlarla tanış olduğunu, problemlərin müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, hər iki görüşdə elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi istiqamətində araşdırmaların aparılmasının aktuallığı vurğulanıb, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi razılığı əldə edilib.
Həqiqət İSABALAYEVA
Müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması üzrə işlər davam etdirilir
"Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxalq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi" qrant layihəsi çərçivəsində 5 ayda görülmüş işlərin nəticələri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 3 saylı şöbəsinin növbəti elmi seminarında müzakirəyə çıxarılıb.Sözügedən layihənin Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirildiyini diqqətə çatdıran şöbə müdiri Təhmasib Fətəliyevin sözlərinə görə, elmi fəaliyyətdə və elmin idarə edilməsi məsələlərində informasiya texnologiyalarının tətbiqi AMEA-da həyata keçirilən islahatların prioritet sahələrindən olaraq "Elektron elm" layihəsi çərçivəsində reallaşdırılır:
"Layihənin mühüm istiqamətlərindən biri də müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması və elmdə idarəedici qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasıdır. Ölkənin elm və təhsil müəssisələrində elm sahələri üzrə çox sayda elmi nəşrlər var. Həmin nəşrlər ölkə miqyasında elmi informasiya mübadiləsinin həyata keçirilməsində, elmi nəticələrin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır".
Amma Azərbaycanın beynəlxalq elmi əlaqələrinin sürətlə genişləndiyi müasir informasiya cəmiyyəti şəraitində həmin jurnallar müəyyən parametrlər üzrə beynəlxalq normativ standartlara cavab vermir və nəticədə elmi nailiyyətlərin sürətlə yayılmasında ciddi maneələr yaranır. İTİ-dən qeyd edilib ki, şöbə müdiri bu baxımdan, nəşr olunan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsi probleminin həllinin zəruriliyini önə çəkib: "Elmi jurnalların qrant layihəsi çərçivəsində bu məqsədlə həyata keçirilən monitorinqi onların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi və beləliklə də, Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına dəstək olacaq. Qrant layihəsi çərçivəsində beynəlxalq təcrübə və Prezident yanında Ali Attestasiya Komissiyasının "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər" nəzərə alınmaqla respublikanın elmi qurumlarında nəşr olunan jurnalların monitorinqi aparılır və alınmış ilkin nəticələr təqdim olunur".
T.Fətəliyev bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb, həmin istiqamətdə görülmüş işlərdən söz açıb. Bu məqsədlə İstanbul Texniki Universiteti (İTU) və Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutunda (BİPİ) ezamiyyətdə olduğu müddətdə əldə etdiyi nəticələri təqdim edib, hər iki ezamiyyətin səmərəli və işgüzar şəraitdə keçdiyini, İTU-ya səfər çərçivəsində müvafiq qurumlarla tanış olduğunu, problemlərin müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, hər iki görüşdə elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi istiqamətində araşdırmaların aparılmasının aktuallığı vurğulanıb, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi razılığı əldə edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1909
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet