12px13px15px17px
Tarix:02/10/14

Prezident İlham Əliyev və xanımı IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak ediblər

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.


Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonaq iştirak edir.


Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.
 
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu və çıxış etdi.

Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark çıxış etdi.

UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti göstərildi.

Daha sonra ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etdi.
Forum işini plenar iclasla davam etdirir.
 



Baxış sayı: 1723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024