12px13px15px17px
Tarix:03/10/14

Brauzer bazarının vəziyyəti araşdırılıb

“Net Applications” analitik şirkətinə məxsus “NetMarketShare” xidmətinin hesablamasına əsasən, 2014-cü ilin sentyabrında qlobal brauzer bazarında “Internet Explorer” birinci olub. “StatCounter” xidmətinin məlumatına əsasən, “Chrome” brauzeri əvvəlki kimi birincidir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “NetMarketShare”in saytına əsasən, “IE” brauzeri payızın birinci ayını 58,37% göstərici ilə başa vurub. Bir ay əvvəl bu göstərici 58,46% təşkil edib.
 
“Chrome” yavaş-yavaş liderə yaxınlaşır. Sentyabrda “Google”un məhsulunun payı artaraq 21,19% olub. “Firefox”, əksinə, bazar mövqeyini itirir: belə ki, avqustda FK sahiblərinin 15,23%-i bu brauzerdən istifadə edirdisə, sentyabrda  göstərici 14,18% təşkil edib.
 
“Safari”nin bazar payı 5% təşkil edir. “Opera”nın bazar payı 0,86% təşkil edir və autsayderdədir.
 
“Net Applications” 40 mindən çox veb-saytı izləyən 160 milyondan çox istifadəçinin aktivliyini izləyir.
 
Emil Hüseynov
 



Baxış sayı: 1774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024