12px13px15px17px
Tarix:11/10/14

Geologiya və Geofizika İnstitutunda informasiya-hesablama sistemi təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda informasiya-hesablama sistemini (GRID) təşkil etmək nəzərdə tutulur. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu məqsədlə elmi müəssisənin gənc alimləri Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində təcrübə keçiblər.
 
Üç aylıq təcrübə kursunda institutun geodinamika və seysmologiya şöbəsinin əməkdaşları Bəhruz Əhədov və Tural Məmmədov mərkəzin informasiya texnologiyaları laboratoriyasında GRID sisteminin qurulması, məlumatların hesablanması və mübadiləsi metodlarını öyrəniblər.
 
Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov qeyd edir ki, GRID şəbəkəsi ilə yer elmləri, yüksək enerjilər fizikası və digər sahələrdə elmi tədqiqatlar aparmaq, hesablama və məlumatların analizini həyata keçirmək mümkündür.
 
 Bu sistem geodinamik proses və seysmoloji hadisələrə dair məlumatların təhlili üçün mühüm əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarından istifadə böyük zaman və resurs tələb etdiyi halda GRID əvəzedilməzdir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1153

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024