Tarix:11/10/14
Bu barədə informasiya “Indiegogo” platformasının saytında verilib.
Təşəbbüs “Google” və “Microsoft” şirkətləri, eləcə də Bill Qeyts və "LinkedIn” sosial şəbəkəsinin təsisçisi Rid Hoffman tərəfindən dəstəklənib. Şirkətlər layihəyə istifadəçilərin toplayacağı məbləğdə vəsait qoymağa hazır olduqlarını bəyan edib.
Proqramın mahiyyəti ondan ibarətdir ki, dünyada 100 milyon məktəbli “Hour of Code” kompüter proqramlaşdırmasının əsasları üzrə baza kursu keçə bilsin. Proqramlaşdırmanın materialları artıq 30 dilə tərcümə olunub, lakin kursların keçirilməsi üçün ibtidai, orta və böyük siniflər üçün müvafiq olaraq 10 min, 500 və 200 informatika müəllimi hazırlanmalıdır.
14 dekabr 2014-cü ilədək davam edəcək vəsait toplama kampaniyası çərçivəsində hazırda 73 min dollar yığılıb. Təşəbbüsün həyata keçirilməsi üçün ümumilikdə 5 milyon dollar tələb olunur.
2013-cü ildə “Сode.org” portalının analoji proqramı “Hour of Code” kurslarında iştirak edən 43 milyon məktəblini əhatə edib. Bundan sonra proqramlaşdırmanın əsasları üzrə tam kurs 40 mindən çox məktəbdə tətbiq edilib.
Məlumat üçün bildirək ki, hazırda dünya məktəblərinin 90 faizində informatika fənni tədris olunmur, - "NEWSru ” yazır.
Dünyada 100 milyon məktəbli proqramlaşdırmanın əsaslarını öyrənəcək
İnternetdə 100 milyon məktəblinin kompüter proqramlaşdırmasının əsaslarını öyrənməsi üzrə təhsil proqramının istifadəyə verilməsi üçün vəsait toplanışı kampaniyasına start verilib.Bu barədə informasiya “Indiegogo” platformasının saytında verilib.
Təşəbbüs “Google” və “Microsoft” şirkətləri, eləcə də Bill Qeyts və "LinkedIn” sosial şəbəkəsinin təsisçisi Rid Hoffman tərəfindən dəstəklənib. Şirkətlər layihəyə istifadəçilərin toplayacağı məbləğdə vəsait qoymağa hazır olduqlarını bəyan edib.
Proqramın mahiyyəti ondan ibarətdir ki, dünyada 100 milyon məktəbli “Hour of Code” kompüter proqramlaşdırmasının əsasları üzrə baza kursu keçə bilsin. Proqramlaşdırmanın materialları artıq 30 dilə tərcümə olunub, lakin kursların keçirilməsi üçün ibtidai, orta və böyük siniflər üçün müvafiq olaraq 10 min, 500 və 200 informatika müəllimi hazırlanmalıdır.
14 dekabr 2014-cü ilədək davam edəcək vəsait toplama kampaniyası çərçivəsində hazırda 73 min dollar yığılıb. Təşəbbüsün həyata keçirilməsi üçün ümumilikdə 5 milyon dollar tələb olunur.
2013-cü ildə “Сode.org” portalının analoji proqramı “Hour of Code” kurslarında iştirak edən 43 milyon məktəblini əhatə edib. Bundan sonra proqramlaşdırmanın əsasları üzrə tam kurs 40 mindən çox məktəbdə tətbiq edilib.
Məlumat üçün bildirək ki, hazırda dünya məktəblərinin 90 faizində informatika fənni tədris olunmur, - "NEWSru ” yazır.
Baxış sayı: 1195
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)