Tarix:13/10/14
“Computerworld” nəşri yazır ki, sözügedən boşluqlar son ayda aşkarlanıb. Bu boşluqlar cinayətkarlara bütün brauzerlərdə mövcud olan SOP təhlükəsizlik maneəsini keçməyə imkan verir. SOP bir domendən işə salınan skriptlərə başqa domenin məzmunu ilə qarşılıqlı əlaqədə olmağa vermir. Bu məhdudiyyət olmadıqda cinayətkarlar, məsələn, “Facebook” və ya “Gmail”də görünməz freymə yüklənilən səhifələr yarada bilərlər ki, bu da istifadəçiləri aldatmaqla bu səhifələrə daxil olmağa vadar edir. Məqsəd istifadəçilərin loqin və parollarını ələ keçirməkdir.
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, bu boşluq “Android” platformasının 4.4 versiyasına kimi işləyən qurğularda mövcuddur. Problemin mahiyyəti ondan ibarətdir ki, həmin qurğularda “AOSP” (Android Open Source Project) brauzeri quraşdırılıb. Yeni cihazlarda bu boşluğa dayanıqlı “Google Chrome” brauzeri quraşdırılıb. Tədqiqatçıların araşdırmasına görə, “AOSP” brauzeri ilə işləyən “Android” qurğularının təxminən 45%-i istifadəçi üçün təhlükəli boşluqlara malikdirlər. Həm də Yaponiyada bu göstərici iki dəfə daha çoxdur, İspaniyada 73%, Böyük Britaniyada 51% təşkil edir.
“Google” artıq aşkar edilmiş boşluqlar üçün yeniləmə paketi buraxıb.
Emil Hüseynov
“Android” qurğularının təxminən yarısı təhlükəli brauzerdən istifadə edir
“Android” platforması ilə işləyən qurğuların təxminən 45%-nə iki ciddi təhlükəsizlik probleminə malik brauzer quraşdırılıb. Mobil qurğuların təhlükəsizliyi ilə məşğul olan “Lookout” şirkəti bu cür məlumat paylaşıb.“Computerworld” nəşri yazır ki, sözügedən boşluqlar son ayda aşkarlanıb. Bu boşluqlar cinayətkarlara bütün brauzerlərdə mövcud olan SOP təhlükəsizlik maneəsini keçməyə imkan verir. SOP bir domendən işə salınan skriptlərə başqa domenin məzmunu ilə qarşılıqlı əlaqədə olmağa vermir. Bu məhdudiyyət olmadıqda cinayətkarlar, məsələn, “Facebook” və ya “Gmail”də görünməz freymə yüklənilən səhifələr yarada bilərlər ki, bu da istifadəçiləri aldatmaqla bu səhifələrə daxil olmağa vadar edir. Məqsəd istifadəçilərin loqin və parollarını ələ keçirməkdir.
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, bu boşluq “Android” platformasının 4.4 versiyasına kimi işləyən qurğularda mövcuddur. Problemin mahiyyəti ondan ibarətdir ki, həmin qurğularda “AOSP” (Android Open Source Project) brauzeri quraşdırılıb. Yeni cihazlarda bu boşluğa dayanıqlı “Google Chrome” brauzeri quraşdırılıb. Tədqiqatçıların araşdırmasına görə, “AOSP” brauzeri ilə işləyən “Android” qurğularının təxminən 45%-i istifadəçi üçün təhlükəli boşluqlara malikdirlər. Həm də Yaponiyada bu göstərici iki dəfə daha çoxdur, İspaniyada 73%, Böyük Britaniyada 51% təşkil edir.
“Google” artıq aşkar edilmiş boşluqlar üçün yeniləmə paketi buraxıb.
Emil Hüseynov
Baxış sayı: 1070
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)