Tarix:13/10/14
Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsi (REA YEB), Vladiqafqaz Elmi Mərkəzi, Vladiqafqaz Geofiziki tədqiqatlar Mərkəzi və Şimali Qafqaz Dağ-Metallurgiya İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) aparıcı elmi işçiləri - geologiya-minerologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov və Rafiq Səfərov iştirak ediblər.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Məmmədov “15 illik GPS məlumatları əsasında Azərbaycan ərazisində Yer qabığının deformasiyaları”, Rafiq Səfərov isə “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS (qlobal yertəyinetmə sistemi) məlumatları əsasında tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər.
Onlar AMEA-da geodinamika və seysmologiya sahəsində aparılmış tədqiqatların mühüm nəticələrindən danışıblar. Qeyd olunub ki, Qafqaz geodinamik baxımından xeyli aktiv zonadır və bir çox dünya alimləri tədqiqatlarını bu əraziyə kökləyib. GGİ-nin tədqiqatçılarının əldə etdiyi nəticələr GPS məlumatlarına əsaslanır. Məlumatlar özlərini doğrultduğuna görə, bu cür elmi tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir.
Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Qafqaz ərazisində geodinamik proseslərin öyrənilməsi istiqamətində səylərin artırılması üçün fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
Elmi tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir
Rusiyanın Vladiqafqaz şəhərində keçirilən “Qafqazda geodinamika, vulkanizm, seysmiklik və təbii və texnogen xarakterli ekzogen geoloji proseslər” adlı konfrans başa çatıb.Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsi (REA YEB), Vladiqafqaz Elmi Mərkəzi, Vladiqafqaz Geofiziki tədqiqatlar Mərkəzi və Şimali Qafqaz Dağ-Metallurgiya İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) aparıcı elmi işçiləri - geologiya-minerologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov və Rafiq Səfərov iştirak ediblər.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Məmmədov “15 illik GPS məlumatları əsasında Azərbaycan ərazisində Yer qabığının deformasiyaları”, Rafiq Səfərov isə “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS (qlobal yertəyinetmə sistemi) məlumatları əsasında tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər.
Onlar AMEA-da geodinamika və seysmologiya sahəsində aparılmış tədqiqatların mühüm nəticələrindən danışıblar. Qeyd olunub ki, Qafqaz geodinamik baxımından xeyli aktiv zonadır və bir çox dünya alimləri tədqiqatlarını bu əraziyə kökləyib. GGİ-nin tədqiqatçılarının əldə etdiyi nəticələr GPS məlumatlarına əsaslanır. Məlumatlar özlərini doğrultduğuna görə, bu cür elmi tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir.
Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Qafqaz ərazisində geodinamik proseslərin öyrənilməsi istiqamətində səylərin artırılması üçün fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1125
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet