12px13px15px17px
Tarix:15/10/14

Məşhur sosial şəbəkə təsisçisi Ebola virusu ilə mübarizəyə 25 milyon dollar ayırıb

“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.
 
“Biz ən qısa zamanda xəstəliyin yayılmasını nəzarət altına almalıyıq”, - şəbəkə sahibi qeyd edib.
M.Sukerberqin sözlərinə görə, əks halda, virus səhiyyə sahəsində uzunmüddətli dünya böhranına səbəb ola bilər ki, onunla da mübarizə üçün QİÇS və ya poliomielit kimi onilliklər lazım olacaq.
 
O vurğulayıb ki, ayrılan vəsaitlər qısa müddət ərzində ekspertlərin epidemiyanın qarşısının alınmasına yönələn işini sürətləndirə bilər.
 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4447 nəfərə çatıb, 8,9 min nəfər isə bu xəstəliyə yoluxub.  
 
Daha çox ölüm halları üç ölkədə – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb, - “http://www.itar-tass.com” yazır.



Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024