Tarix:18/10/14
EİM-dən qeyd edilib ki, birinci layihə AMEA Polimer Materialları İnstitutunda “Polimerlərin mexaniki modifikasiyası” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi ilə aparılmış elmi-texniki tədqiqat əsasında hazırlanıb.
İkinci layihə isə Azərbaycan Milli Elmlər Akademiyasının Akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Koordinasion birləşmələrin katalitik kimyası” laboratoriyasının rəhbəri, k.e.d., professor Gülməmməd Süleymanovun rəhbərliyi ilə aparılmış elmi-texniki tədqiqat əsasında ərsəyə gətirilib.
Layihə ilə bağlı qeyd olunub ki, hazırda ferrosen və onun çoxsaylı törəmələrindən anemiya xəstəliyi əleyhinə qarşı effektiv dərman preparatı, hərbdə g-şüauducu radioprotektorları, müasir yanacaq energetika komplekslərində yanma katalizatorları, radioelektronika sənayesində aktiv doldurucuların hazırlanmasında, polimer materialların qocalmasının qarşısının alınmasında istifadə edilir, ümumiyyətlə isə xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq imkanlarına malik birləşmələrdir.
Ferrosenin vacib praktiki xüsusiyyətlərindən biri də onun super aromatik xassəyə malik olmaqla, karbohidrogen tip həlledicilərdə çox yaxşı həll ola bilməsi, yüksək parçalanma temperaturuna, aşağı buxar təzyiqinə və zəif zəhərlilik dərəcəsinə malik olması bu birləşmələri daha əlverişli edir.
Müəlliflər tərəfindən təqdim olunmuş üsulla tetrahidrofuran, benzol, etilenqlikolun dietil efir kimi həlledicilərdən imtina olunub.
Ferrosen kifayət qədər təmiz və yüksək çıxışla (FeCl2 üzrə 90-95% qədər) alınıb.
Həqiqət İSABALAYEVA
Elmi İnnovasiyalar Mərkəzində innovativ biznes-layihələr hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində (EİM) innovativ biznes-layihələr hazırlanıb. Hazırlanan layihələrin biri “Su səthindən neft və neft məhsullarının təmizlənməsi üçün supersorbentlərin hazırlanması və tətbiqi”, digəri “Metalosen qatqı məhlulunun alınmasının innovativ texnologiyasi” adlanır.EİM-dən qeyd edilib ki, birinci layihə AMEA Polimer Materialları İnstitutunda “Polimerlərin mexaniki modifikasiyası” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi ilə aparılmış elmi-texniki tədqiqat əsasında hazırlanıb.
İkinci layihə isə Azərbaycan Milli Elmlər Akademiyasının Akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Koordinasion birləşmələrin katalitik kimyası” laboratoriyasının rəhbəri, k.e.d., professor Gülməmməd Süleymanovun rəhbərliyi ilə aparılmış elmi-texniki tədqiqat əsasında ərsəyə gətirilib.
Layihə ilə bağlı qeyd olunub ki, hazırda ferrosen və onun çoxsaylı törəmələrindən anemiya xəstəliyi əleyhinə qarşı effektiv dərman preparatı, hərbdə g-şüauducu radioprotektorları, müasir yanacaq energetika komplekslərində yanma katalizatorları, radioelektronika sənayesində aktiv doldurucuların hazırlanmasında, polimer materialların qocalmasının qarşısının alınmasında istifadə edilir, ümumiyyətlə isə xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq imkanlarına malik birləşmələrdir.
Ferrosenin vacib praktiki xüsusiyyətlərindən biri də onun super aromatik xassəyə malik olmaqla, karbohidrogen tip həlledicilərdə çox yaxşı həll ola bilməsi, yüksək parçalanma temperaturuna, aşağı buxar təzyiqinə və zəif zəhərlilik dərəcəsinə malik olması bu birləşmələri daha əlverişli edir.
Müəlliflər tərəfindən təqdim olunmuş üsulla tetrahidrofuran, benzol, etilenqlikolun dietil efir kimi həlledicilərdən imtina olunub.
Ferrosen kifayət qədər təmiz və yüksək çıxışla (FeCl2 üzrə 90-95% qədər) alınıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1271
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet