12px13px15px17px
Tarix:20/10/14

Yaponiyalı tapançaların 3D surətinə görə iki il müddətinə həbs cəzası alıb

Yapon məhkəməsi kolleclərdən birinin keçmiş əməkdaşı 28 yaşlı Yosimoto İmuru 3D printerdə iki tapança modelinin çapı üçün ikiillik həbs cəzası alıb. Silahın yaradılması prosesinin videoya çəkilməsi faktı, həmçinin sərt cəza verilməsinə səbəb olub.
 
Hakim bildirib ki, İmurunun hərəkətləri cəmiyyət üçün təhlükə yaradır, çünki başqa insanları da silah yaradılmasına tərk edə bilərlər.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Phys.org” saytı yazır ki, 28 yaşlı yapon tapançaların çapı üçün lazımi informasiyanı açıq internet mənbələrindən əldə edib. Bu, hakimin qərarına öz təsirini göstərməyib. Məhkəmə, həmçinin İmurunun  vəkillərinin dəlilini qəbul etməyib: onlar deyiblər ki, müdafiə edilən tərəf onun hərəkətlərinin qanunazidd olduğunu bilməyib.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024