12px13px15px17px
Tarix:20/10/14

Marketinq proqram təminatı bazarının həcmi ildə orta hesabla 12,4% artacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə marketinq sahəsində proqram təminatı bazarında təxminən 20,2 milyard ABŞ dolları məbləğində gəlir gözlənilir.

Mütəxəssislər hesab edirlər ki, yaxın bir neçə ildə bu bazarın həcmi ildə orta hesabla 12,4% artacaq. Nəticədə 2018-ci ildə sözügedən bazarda gəlir 32,3 milyard dolları ötəcək.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-2018-ci illərdə təşkilatlar marketinq bölmələri üçün proqram təminatına ümumilikdə 130 milyard dollar xərcləyəcək.

"Marketinq təşkilatları müştərilərin xidmət keyfiyyətini yaxşılaşdırmağa, iş səmərəliliyini və biznes fəaliyyətinin göstəricilərini yüksəltməyə imkan verən yeni texnologiyalara tez yiyələnirlər" – “IDC”-nin analitiki Cerri Murrey deyib.

"Bu bazarın tam potensialı texnologiyalar, yaradıcı və texniki xidmətlər birləşdikdə özünü göstərəcək" – mütəxəssis əlavə edib.


Emil Hüseynov
 



Baxış sayı: 1109

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024