Tarix:21/10/14
Ticarət üzrə Avropa komissarı Karel de Quxt və Çinin ticarət naziri Qao Xuçenin iştirakı ilə keçirilən danışıqlar zamanı ötən ilin yazında başlanan araşdırmanı dayandırmaq və Avropa və Çinin telekommunikasiya bazarının monitorinqini müstəqil orqana həvalə etmək barədə qərar qəbul edilib.
Həmçinin tərəflər Avropa şirkətlərini Çində telekommunikasiya sahəsi üçün standartları müəyyən edən təşkilatlara bərabərhüquqlu çıxış imkanı ilə təmin etmək və dövlət tərəfindən elmi tədqiqat layihələrinin maliyyələşdirilməsi üçün iddialı şirkətlərə eyni şərait yaratmaq barədə razılığa gəliblər.
Bundan əvvəl Avropa komissarı bildirib ki, onda Pekinin Çinin nəhəng telekommunikasiya şəbəkə avadanlıq istehsalçıları “Huawei Technologies” və “ZTE Corp” üçün qeyri-qanuni subsidiyalar ayırması ilə bağlı sübutlar var. Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu növ avadanlıqların Çindən Avropaya illik tədarük həcmi 1 milyard avro təşkil edir, - “Interfax” yazır.
Avropa İttifaqı və Çin telekommunikasiya sahəsində araşdırmaları dayandıracaq
Avropa İttifaqı (Aİ) və Çin arasında Çin hökumətindən subsidiyaların alınmasında şübhəli bilinən yerli telekommunikasiya şirkətləri ilə bağlı təhqiqatların aparılmasının dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Avropa Komissiyasının saytında deyilir.Ticarət üzrə Avropa komissarı Karel de Quxt və Çinin ticarət naziri Qao Xuçenin iştirakı ilə keçirilən danışıqlar zamanı ötən ilin yazında başlanan araşdırmanı dayandırmaq və Avropa və Çinin telekommunikasiya bazarının monitorinqini müstəqil orqana həvalə etmək barədə qərar qəbul edilib.
Həmçinin tərəflər Avropa şirkətlərini Çində telekommunikasiya sahəsi üçün standartları müəyyən edən təşkilatlara bərabərhüquqlu çıxış imkanı ilə təmin etmək və dövlət tərəfindən elmi tədqiqat layihələrinin maliyyələşdirilməsi üçün iddialı şirkətlərə eyni şərait yaratmaq barədə razılığa gəliblər.
Bundan əvvəl Avropa komissarı bildirib ki, onda Pekinin Çinin nəhəng telekommunikasiya şəbəkə avadanlıq istehsalçıları “Huawei Technologies” və “ZTE Corp” üçün qeyri-qanuni subsidiyalar ayırması ilə bağlı sübutlar var. Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu növ avadanlıqların Çindən Avropaya illik tədarük həcmi 1 milyard avro təşkil edir, - “Interfax” yazır.
Baxış sayı: 1122
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet