12px13px15px17px
Tarix:27/08/11

Yetişmiş qarpız almaq istəyirsən? “iPhone” smartfonu bu işdə sizə yardımçı olacaq

Smartfonlar üçün hazırlanmış proqram vasitəsi ilə “iPhone” sizə qarpız seçməkdə yardımçı olacaq.

Proqram qarpızın yetişmə dərəcəsini müəyyən etməyə imkan verir. Bu barədə “Technology News HuffPostTech” xəbər verib. Sadəcə, smartfonun mikrofonundan istifadə etmək lazımdır.

İlk əvvəl qarpızın proqram tərəfindən təqdim edilən ölçüsünü (kiçik, orta və ya böyük) göstərmək, sonra onu smartfonun mikrofonuna yaxınlaşdırıb qarpızın üzərinə əl ilə bir neçə dəfə vurmaq lazımdır.

Proqram zərbələrin səsindən qarpızın yetişib-yetişmədiyini müəyyən edəcək. Proqram aşağıdakı addımları göstərir: "Düyməni sıxın" - "qarpız üzərinə əl ilə vurmağa hazırlaşın".

Proqram “iPhone”-dan əlavə, həmçinin “iPad” planşetlərində və “iOS 4.0” və yuxarı əməliyyat sistemi ilə olan “iPod touch” pleyerlərində işləyə bilər. Proqramı “LTBLİ” şirkəti hazırlayıb.


1news.az



Baxış sayı: 2033

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024