12px13px15px17px
Tarix:07/06/11

“Apple” qurğularına tələbat böyükdür

İstehsalçıların illik konfransı WWDC-də “Apple” brendi altındakı məhsullar və xidmətlər haqqında olan statistika diqqətə çatdırılıb.

İOS

WWDC 2011-də çıxış edən Skott Forstollun sözlərinə görə, “Apple” iOS əməliyyat sistemi əsasında 200 milyon qurğu satılıb, bu da onu mobil dünyada 1 nömrəli sistem hesab etməyə səbəb verir. Məlumatları comScore analitikləri də təsdiq edərək bildirib ki, mobil əməliyyat sistemi bazarının 44 %-ni “Apple” iOS tutur. iOS platformasının yaradılmasında köməyə görə şirkət IOS istehsalçılarına 2.5 milyard dollar ödəyib.

İpad

Planşet məhz “Apple”ın sayəsində məşhur olub. Bazar pioneri bu seqmentə digər istehsalçılar tərəfindən artan marağa baxmayaraq liderliyi saxlamağa müvəffəq olur. Şirkət bu rüb 8 milyon iPad qurğusu satıb, bu, gündə 87 min İpad deməkdir.

iTunes

“Apple”ın məlumatına görə, ITunes Store onlayn-mağazasında 15 milyard mahnı satılıb. iBookstore vasitəsilə 130 milyondan çox kitab yüklənib. App Store vasitəsilə 14 milyard proqram yüklənib. Hal-hazırda AppStore-da 425 min proqram var, onlardan 90 000-i iPad üçündür.



Baxış sayı: 1286

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024