12px13px15px17px
Tarix:20/11/14

“Android” ilə müqayisədə “iOS” tətbiqləri iki dəfə daha intensiv istifadə olunur

“Adobe Digital Index”in tədqiqatına əsasən, "iOS" mobil əməliyyat sistemində “Android” ilə müqayisədə iki dəfə daha çox mobil tətbiq istifadə olunur.
 
"ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, “Adobe Digital Index”in tədqiqatı müxtəlif mobil əməliyyat sistemlərində istifadə edilən təxminən 700 milyon mobil tətbiqi əhatə edir. Toplanılmış məlumatlara əsasən, istifadə edilən mobil tətbiqlərin 65%-i “iOS”, 34%-i isə “Android” platformasının payına düşür. “Windows Phone”, “BlackBerry OS” və başqa platformaların ümumi payı isə bir faiz təşkil edir.
 
Bu halda, ötən illə müqayisədə istifadə edilən “Android” tətbiqlərin payı 80% artıb, halbuki “iOS” üçün bu göstərici 40% təşkil edib. Gələcəkdə, ola bilsin, “Android” bu parametr üzrə “iOS” platformasına çatacaq.
 
Emil Hüseynov



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024