Tarix:20/11/14
CTE sərgisi ətraf mühitin qorunması və təbiətdən rasional istifadə olunması sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə təqdim edir. “Sərginin bölmələrinə “Ölçmə və nəzarət texnologiyaları”, “Elm, tədqiqat və inkişaf”, “Yaşıl enerji”, “Ümumi avadanlıqlar”, “Bərk tullantılar”, “Səsin izolyasiyası, hava və torpaq çirklənməsi”, “Dayanıqlı istehlak sənayesi”, “Qaz tullantıları”, “Yanacaq sənayesi”, “Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları”, “Emal sənayesi” və s. daxildir. Bu il iştirakçıların 40 faizdən çoxunu debütantlar təşkil edir və ilk dəfə olaraq, onların arasında həm yerli, həm də xarici şirkətlər var: “Eldan Recycling”, “Ekonerji Environmental & Energy Systems Co.” “GAUS Elektrik Otomasyon”, “İn-Eko”, “MRT System International”, “Salvador” “Santes Incinerator”, “Thrace Group”, “Waterland” və s. Sərgi debütantları sərgidə eroziya təsirinə qarşı materiallar, hidroizolyasiya sistemləri, müxtəlif növ qazlardan əmələ gələn dumanın emalı üzrə sistemlər, vakuum nasosları, asfaltın örtüklənməsi üzrə tikinti xərclərini azaltmağa və materialın dağılma / köhnəlmə müddətini uzatmağa imkan verən kompozit materialları, eləcə də tullantıların yandırılması sistemləri və bir çox digər məhsulları nümayiş etdirirlər.
Qeyd edək ki, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian”, “Caspian Event Organisers” (CEO) və “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Həqiqət İSABALAYEVA
CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar”ın yubiley sərgisi keçirilir
Xəzəryanı və Qafqaz regionlarında mühüm hadisə olaraq ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar” beynəlxalq sərgisi 5 illik uğurlu iş fəaliyyətinin yubileyini qeyd edir.CTE sərgisi ətraf mühitin qorunması və təbiətdən rasional istifadə olunması sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə təqdim edir. “Sərginin bölmələrinə “Ölçmə və nəzarət texnologiyaları”, “Elm, tədqiqat və inkişaf”, “Yaşıl enerji”, “Ümumi avadanlıqlar”, “Bərk tullantılar”, “Səsin izolyasiyası, hava və torpaq çirklənməsi”, “Dayanıqlı istehlak sənayesi”, “Qaz tullantıları”, “Yanacaq sənayesi”, “Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları”, “Emal sənayesi” və s. daxildir. Bu il iştirakçıların 40 faizdən çoxunu debütantlar təşkil edir və ilk dəfə olaraq, onların arasında həm yerli, həm də xarici şirkətlər var: “Eldan Recycling”, “Ekonerji Environmental & Energy Systems Co.” “GAUS Elektrik Otomasyon”, “İn-Eko”, “MRT System International”, “Salvador” “Santes Incinerator”, “Thrace Group”, “Waterland” və s. Sərgi debütantları sərgidə eroziya təsirinə qarşı materiallar, hidroizolyasiya sistemləri, müxtəlif növ qazlardan əmələ gələn dumanın emalı üzrə sistemlər, vakuum nasosları, asfaltın örtüklənməsi üzrə tikinti xərclərini azaltmağa və materialın dağılma / köhnəlmə müddətini uzatmağa imkan verən kompozit materialları, eləcə də tullantıların yandırılması sistemləri və bir çox digər məhsulları nümayiş etdirirlər.
Qeyd edək ki, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian”, “Caspian Event Organisers” (CEO) və “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 946
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet