12px13px15px17px
Tarix:02/12/14

Fərdi kompüter bazarında “Windows 8”-in payı möhkəmlənib

“NetMarketShare” statistik xidməti qlobal əməliyyat sistemləri bazarı ilə bağlı informasiyasını yeniləyib. Noyabrda “Windows 8” populyarlaşıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin noyabr ayına olan məlumata görə, “Windows 8.1” əməliyyat sisteminin bazar payı 12,1%-dək artıb. “Windows 8”-in göstəricisi 5,88%-dən 6,55%-dək artıb. Beləliklə, "səkkiz"in bazar payı 18,65% təşkil edir.
 
“Windows 7”, həmçinin öz vəziyyətini möhkəmləndirib: noyabrda bu platforma sözügedən bazarın 53,71%-nə sahiblənib  ki, bu da oktyabrla müqayisədə 0,66% çoxdur. Ekspertlər hesab edirlər ki, ilin sonunda “Windows 7” platformasının payı azala bilər, çünki “Microsoft” diqqətini yeni ƏS-nə kökləyib, masaüstü və noutbuk istehsalçıları isə öncədən “Windows 7” quraşdırılmış qurğuları daha az satırlar.
 
“Windows XP” sisteminə gəlincə, bu köhnə əməliyyat sistemindən fərdi kompüter sahiblərinin 13,57%-i istifadə edir. Oktyabrda bu göstərici 17,18%, sentyabrda isə 23,87% olub. Beləliklə, “Windows XP”-nin rəsmi dəstəyinin dayandırılmasının nəticələri bu ƏS-in mövqeyinə güclü təsir edib.
 
2014-cü ilin noyabrında masaüstü kompüter istifadəçiləri tərəfindən generasiya edilən internet trafikinin 91,48%-i “Windows”un payına düşür. Oktyabrda bu göstərici 91,53% olub. “Mac OS” platformasının bazar payı 7,05%-dən 7,27%-dək artıb. “Linux”un göstəricisi uzun müddətdir 1-2% arasında dəyişilir.

Emil Hüseynov




Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024