12px13px15px17px
Tarix:08/12/14

“Sony” şirkəti suyun altında mağaza açıb (FOTO)

Oktyabrın sonunda "Sony" şirkətinin sukeçirməz qurğular üçün ixtisaslaşdırılmış mağaza təqdim etmək niyyəti haqda məlumatlar dolaşırdı. Nəhayət, sözügedən mağaza Dubayda açıldı. "Sony Aquatech Store" adlanan mağazanın  özəlliyi onun suyun altında yerləşməsidir.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, mağaza kiçik dərinlikdə yerləşən günbəzdən ibarətdir. Orada hava olduğuna görə içəridə akvalanqsız da nəfəs almaq mümkündür. Bununla belə, mağazanın interyeri bir o qədər də zəngin deyil. Yalnız divarlara yapışdırılmış reklam materialları və böyük qutulara salınmış bir neçə "Xperia" smartfonu mağazanın interyerini tamamlayır.
 






Qeyd edək ki, şirkətin qurğuları yalnız müəyyən vaxt ərzində sukeçirməzdir. Aparatlar nəzərdə tutulan müddətdən artıq suda olduqda, sözsüz ki, su keçirəcək.
 
Həmçinin qeyd edək ki, "Sony Aquatech Store" mağazasına baş çəkmək heç də asan deyil. Yalnız KİV nümayəndələri, mühüm şəxslər, aksiya iştirakçılarına belə imkan yaradıla bilər.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 1068

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024