12px13px15px17px
Tarix:02/09/11

Sentyabrda Azərbaycanda ilk hibrid elektrik stansiyası istifadəyə veriləcək

Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Qobustan ərazisində icra olunan hibrid layihəsi başa çatmaq üzrədir.

«Bunu Nazirliyin investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Qobustan ərazisində hibrid elektrik stansiyası inşa olunub ki, burada günəş, külək və biokütlədən alınacaq elektrik enerjisi qurğuları, o cümlədən generasiya obyektləri quraşdırılıb: «Hibrid stansiyası artıq sentyabr ayı ərzində istifadəyə veriləcək. Stansiyanın ümumi gücü 5,5 MVt təşkil edəcək».

R.Rzayev onu da bildirib ki, Azərbaycanın digər yerlərində də alternativ enerji mənbələrindən istifadə olunur.

Belə ki, artıq Yaşmada hər birinin gücü 850 kVt olan iki külək stansiyası inşa olunub: «Burada artıq elektrik enerjisi istehsal olunur və ölkənin ümumi enerji sisteminə verilir. Eyni zamanda Yaşmada ümumi gücü 550 kVt təşkil edən külək elektrik stansiyası tikilib ki, stansiya treninq məqsədi daşıyır».

R.Rzayevin sözlərinə görə, ümumiyyətlə ölkə ərazisində müxtəlif təsərrüfatlarda külək elektrik stansiyalarından istifadə olunur: «Sözügedən praktikanın növbəti illərdə dənizdə tətbiqi nəzərdə tutulub».



Baxış sayı: 1176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024