12px13px15px17px
Tarix:12/08/11

Tvinninq təkliflərinin qiymətləndirilməsi və Tvinninq müqaviləsinin yazılması mövzusunda təlim

9-12 avqust, 2011-ci il tarixində Proqram İdarəetmə Qurumu (PİQ) ITTSO layihəsi ilə birlikdə Aİ Üzv Dövlətinin Tvinninq təkliflərinin qiymətləndirməsi və Tvinninq müqaviləsinin yazılması mövzuzunda təlim təşkil etmişdir.

Təlim Rumıniya və Xorvatiyada Rezident Tvinninq Müşaviri (RTM), həmçinin Ukrayna, Xorvatiya, Rumıniya, Moldova və Makedoniyada təlimçi kimi fəaliyyət göstərmiş Tvinninq sahəsində 15 illik hərtərəfli təcrübəyə malik İtaliyalı ekspert xanım Valeria Valeri tərəfindən icra olunmuşdur.

Bu təlimin məqsədi 2011-ci ilin payızında Tvinninq tərəfdaşı seçimi edəcək Azərbaycan benefisiarlarını və PİQ heyətini potensialın qurulmasında dəstəkləməkdir.

Tədbirin iştirakçıları Dövlət Miqrasiya Xidməti, Mədəniyyət və Turizm, Fövqəladə Hallar Nazirliyi, Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin gələcək layihə rəhbərləri və RTM həmkarları idi.

Müxtəlif donorlar tərəfindən maliyyələşdirilən texniki yardım təcrübəsinə malik olsalar da iştirakçıların heç biri indiyə qədər Tvinninq layihəsinin icrasında iştirak etməmişdir.

4 gün davam edən təlim Tvinninq tərəfdaşının seçilməsi, Tvinninq müqaviləsinin yazılması, Tvinninq İş Planı, Tvinninq Müqaviləsinin Büdcəsi, Tvinninq layihəsinin həyata keçirilməsi kimi mövzuları və bu mövzularda praktiki məşğələləri əhatə etmişdir.

3 aspekt daha geniş müzakirə olunmuşdur: 1) Tvinninq layihəsi risklərinin davamlı analizi ehtiyacı və bu risklərin azaldılması və idarə olunması üçün uğurlu planlarının inkişaf etdirilməsi; 2) layihənin davamlılıq çətinliyi müvafiq tvinninq fəaliyyətində uyğun tərəfdaşların cəlb edilməsi tələbi, habelə müvafiq informasiyanın istehsalı, saxlanılması və yayılması; 3) həm layihə tərəfdaşları, həm də ictimaiyyətə ünvanlanmış institusional fəaliyyət üzrə daha yaxşı əlaqənin inkişafı üçün bir imkan kimi başa düşülən əlavə vəsait tələbləri.

İştirakçılar təlimi yüksək maraqla qarşılamış və hər bir təlim gününün sonunda ekspert tərəfindən ətraflı cavablandırılan suallarla müraciət etmişdirlər.



Baxış sayı: 1299

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024