Tarix:16/12/14
Hesabata əsasən, böyük fərqlə "Google" şirkətinin "Android" sistemi liderlik edir. Bu sistemin satılan qurğularda payı 83,1 faizdir, ikinci yerdə 12,7 faiz payla "iOS" qərarlaşıb.
Ötən ilin üçüncü rübündə hər iki sistemin payı müvafiq olaraq 82 və 12,1 faiz olub. Üçüncü yeri 3 faizlə 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,6 faiz itirən "Windows Phone" mobil əməliyyat sistemi tutub. Eyni zamanda 2014-cü ilin üçüncü rübündə "WP" platformalı 38,1 milyon ədəd smartfon satılıb. Bir il əvvəl bu göstərici 30,3 milyona bərabər olub. Bununla yanaşı, digər istehsalçılar da tempi artırıb.
Daha çox satış artımı "Apple", "Huawei", "Xiaomi" şirkətlərində müşahidə olunub. Lakin "Gartner"in məlumatına görə, "Samsung" və "Lenovo" şirkətlərinin smartfonlarının satışında azalma qeydə alınıb.
Analitiklər həmçinin hazırda smartfonlardan üstün olan adi mobil telefonların payının tədricən azalacağını proqnozlaşdırırlar. 2018-ci ildə adi mobil telefonların ümumi satış həcmində payının 10 faiz (hazırda bu göstərici 66 faizə bərabərdir) təşkil edəcəyi gözlənilir, - "Onliner" yazır.
“Gartner”: “Android” və “iOS” sistemlərinin bazarda payı artır”
"Gartner" analitik şirkəti 2014-cü ilin üçüncü rübünün yekunları üzrə hesabat dərc edərək "Android" və "iOS" mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğuların payının artmasını açıqlayıb.Hesabata əsasən, böyük fərqlə "Google" şirkətinin "Android" sistemi liderlik edir. Bu sistemin satılan qurğularda payı 83,1 faizdir, ikinci yerdə 12,7 faiz payla "iOS" qərarlaşıb.
Ötən ilin üçüncü rübündə hər iki sistemin payı müvafiq olaraq 82 və 12,1 faiz olub. Üçüncü yeri 3 faizlə 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,6 faiz itirən "Windows Phone" mobil əməliyyat sistemi tutub. Eyni zamanda 2014-cü ilin üçüncü rübündə "WP" platformalı 38,1 milyon ədəd smartfon satılıb. Bir il əvvəl bu göstərici 30,3 milyona bərabər olub. Bununla yanaşı, digər istehsalçılar da tempi artırıb.
Daha çox satış artımı "Apple", "Huawei", "Xiaomi" şirkətlərində müşahidə olunub. Lakin "Gartner"in məlumatına görə, "Samsung" və "Lenovo" şirkətlərinin smartfonlarının satışında azalma qeydə alınıb.
Analitiklər həmçinin hazırda smartfonlardan üstün olan adi mobil telefonların payının tədricən azalacağını proqnozlaşdırırlar. 2018-ci ildə adi mobil telefonların ümumi satış həcmində payının 10 faiz (hazırda bu göstərici 66 faizə bərabərdir) təşkil edəcəyi gözlənilir, - "Onliner" yazır.
Baxış sayı: 948
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)