Tarix:19/12/14
“Perl” yüksəksəviyyəli proqramlaşdırma dilidir, yəni onun qaynaq kodları ikilik fayllara kompilyasiya edilmir və birbaşa prosessora ötürülmür, “PHP”, “JavaScript”, “Python” və digər bu kimi proqramlaşdırma dillərində olduğu kimi interpretator vasitəsilə icra olunur. İnterpretatordan istifadə edilməsi, əlbəttə ki, proqramın məhsuldarlığını aşağı salır, lakin yüksəksəviyyəli dillər daha aydın struktura malikdir və hətta bir o qədər təcrübəyə malik olmayan proqramçılar da onlardan istifadə edə bilər.
Proqramlaşdırma dilinin əsas xüsusiyyətlərindən biri mətnlə, həmçinin sintaksisə quraşdırılmış daimi ifadələrlə işləmək üçün zəngin imkanlara malik olmasıdır. “Perl” proqramlaşdırma dili “C”, “AWK”-dən bir çox xüsusiyyətləri mənimsəyib.
“PERL” (Practical Extraction and Report Language - Verilənlərin xaric edilməsi və hesabatların tərtibi üçün praktik dil) sözlərinin qısaltmasıdır. Abreviatura əvvəlcə 5 simvoldan ibarət olaraq “pearl” (mirvari) adlandırılıb. Lakin sonradan məlum olub ki, belə proqramlaşdırma dili mövcuddur və "a" hərfini çıxarıblar.
Tərtibatçılar bildirirlər ki, çox dözümlü, ağır işləri yerinə yetirməyə qadir dəvə “Perl” proqramlaşdırma dilinin simvoludur.
Larri Uoll “Perl” proqramlaşdırma dilini 1987-ci ildə, “Unisys” şirkətində proqramçı işləyərkən hazırlamağa başlayıb. 1.0 versiyası 1987-ci il dekabrın 18-də “comp.sources.misc” xəbərlər qrupunda "awk və sed" üçün əvəzedici kimi istifadəyə verilib. “Perl 2” 1988-ci ildə istifadəyə verilib. Daimi ifadələrin yenidən işlənmiş mexanizmi bu versiyada əsas yenilik olub. 1989-cu ildə istifadəyə verilmiş “Perl 3” ikilik verilənlər axınını emal etmək imkanına yiyələnib.
Larri Uoll qeyd edib ki, “PERL” proqramlaşdırma dilini daha çox praktik (istifadədə sadə, səmərəli) kimi xarakterizə etmək olar. Proqramlaşdırma dilinin əsas üstünlüyü müxtəlif paradiqmaları (prosedur, obyekt yönümlü və funksional proqramlaşdırma stilləri) dəstəkləməsi, yaddaşa nəzarət, həmçinin kənar tərtibatçıların yaratdığı böyük sayda modul kolleksiyasına malik olmasıdır.
Emil Hüseynov
“Perl” proqramlaşdırma dili istifadəyə verilib
1987-ci il dekabrın 19-da Larri Uoll “Perl” proqramlaşdırma dilinin birinci versiyasını hazırlayıb. Larri Uoll riyaziyyatçı və ya proqramçı deyil, dilçidir. Ona görə də proqramlaşdırma dilini yaradarkən təklif etdiyi bir qədər qeyri-adi konstruksiyalar “Perl”i o dövrdə populyar olan aşağısəviyyəli proqramlaşdırma dillərindən kəskin surətdə fərqləndirib.“Perl” yüksəksəviyyəli proqramlaşdırma dilidir, yəni onun qaynaq kodları ikilik fayllara kompilyasiya edilmir və birbaşa prosessora ötürülmür, “PHP”, “JavaScript”, “Python” və digər bu kimi proqramlaşdırma dillərində olduğu kimi interpretator vasitəsilə icra olunur. İnterpretatordan istifadə edilməsi, əlbəttə ki, proqramın məhsuldarlığını aşağı salır, lakin yüksəksəviyyəli dillər daha aydın struktura malikdir və hətta bir o qədər təcrübəyə malik olmayan proqramçılar da onlardan istifadə edə bilər.
Proqramlaşdırma dilinin əsas xüsusiyyətlərindən biri mətnlə, həmçinin sintaksisə quraşdırılmış daimi ifadələrlə işləmək üçün zəngin imkanlara malik olmasıdır. “Perl” proqramlaşdırma dili “C”, “AWK”-dən bir çox xüsusiyyətləri mənimsəyib.
“PERL” (Practical Extraction and Report Language - Verilənlərin xaric edilməsi və hesabatların tərtibi üçün praktik dil) sözlərinin qısaltmasıdır. Abreviatura əvvəlcə 5 simvoldan ibarət olaraq “pearl” (mirvari) adlandırılıb. Lakin sonradan məlum olub ki, belə proqramlaşdırma dili mövcuddur və "a" hərfini çıxarıblar.
Tərtibatçılar bildirirlər ki, çox dözümlü, ağır işləri yerinə yetirməyə qadir dəvə “Perl” proqramlaşdırma dilinin simvoludur.
Larri Uoll “Perl” proqramlaşdırma dilini 1987-ci ildə, “Unisys” şirkətində proqramçı işləyərkən hazırlamağa başlayıb. 1.0 versiyası 1987-ci il dekabrın 18-də “comp.sources.misc” xəbərlər qrupunda "awk və sed" üçün əvəzedici kimi istifadəyə verilib. “Perl 2” 1988-ci ildə istifadəyə verilib. Daimi ifadələrin yenidən işlənmiş mexanizmi bu versiyada əsas yenilik olub. 1989-cu ildə istifadəyə verilmiş “Perl 3” ikilik verilənlər axınını emal etmək imkanına yiyələnib.
Larri Uoll qeyd edib ki, “PERL” proqramlaşdırma dilini daha çox praktik (istifadədə sadə, səmərəli) kimi xarakterizə etmək olar. Proqramlaşdırma dilinin əsas üstünlüyü müxtəlif paradiqmaları (prosedur, obyekt yönümlü və funksional proqramlaşdırma stilləri) dəstəkləməsi, yaddaşa nəzarət, həmçinin kənar tərtibatçıların yaratdığı böyük sayda modul kolleksiyasına malik olmasıdır.
Emil Hüseynov
Baxış sayı: 1016
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)