12px13px15px17px
Tarix:24/12/14

“Android One” proqramı daha üç bazarda işə salınacaq

“Google” şirkəti “Android One” proqramını Asiyanın daha bir neçə bazarında genişləndirib: Banqladeş, Nepal və Şri-Lankada. Xatırladaq ki, “Android One” proqramı sentyabrda Hindistanda işə salınıb.
 
"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, bu ölkələrdə mobil qurğu istifadəçiləri “Android One” smartfonlarını “Micromax”, “Karbonn” və “Spice”dan satın ala biləcəklər. Banqladeşdə yerli “Symphony” istehsalçısı, həmçinin “Roar A50” adlı öz smartfon versiyasını buraxacaq. Hindistanda olduğu kimi, smartfonlar təxminən 100 dollara satılacaq.
 
“Android One” – bu, “Google” tərəfindən xüsusi olaraq inkişaf etməkdə olan bazarlar üçün hazırlanmış platformadır.
 
Emil Hüseynov



Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024