12px13px15px17px
Tarix:29/12/14

İnsan barmağının izini fotoşəkildən əldə etmək olar

Avropanın ən böyük haker birliyi olan “Chaos Computer Club”un (CCC) üzvlərindən biri insanın barmaq izinin fotoşəkildən əldə edilməsini nümayiş etdirib. “CCC” haker birliyinin Hamburqda keçirilmiş illik toplanışında Yan Krissler Almaniyanın müdafiə nazirinin barmaq izini necə əldə etdiyini bildirib.
 
"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, barmaq izinin fiziki obyektlərdən əldə edilməsi çətin deyil, ancaq Krissler digər üsuldan istifadə edib. O bildirib ki, istənilən ictimai tədbirdə "standart fotokamera"nın köməyi ilə insanın barmaq izini əldə etmək olar.
 
Barmağın böyükölçülü planı onun üçün əsas mənbə olub, amma tamölçülü fotoşəkil üçün müxtəlif rakurslardan çəkilmiş şəkillərə ehtiyac var. Bundan sonra Krissler bütün barmaq izinin quraşdırılması üçün “VeriFinger” proqramından istifadə edib.
 
Emil Hüseynov



Baxış sayı: 710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 May 2024

05 05 2024