Tarix:30/12/14
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Malterer “Microsoft” korporasiyasında 17 il işləyib. O, 2000-ci ilin əvvəllərindən “Xbox Live” onlayn-xidmətinin hazırlanmasına və işə salınmasına rəhbərlik edib. Bundan sonra Malterer “Xbox” oyun konsollarının hazırlanması bölməsinə rəhbərlik edib.
“Microsoft” korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısıdır. Şirkətin məhsullar portfelinə “Windows” əməliyyat sistemi, “Microsoft Office” proqramı, “Skype” proqramı, “Bing” axtarış sistemi, həmçinin “Xbox” oyun konsolları daxildir. 2014-cü ilin üçüncü rübündə “Microsoft”un xalis mənfəəti 4,54 milyard dollar, mədaxili 23,2 milyard dollar təşkil edib. “NASDAQ” birjasında şirkətin kapitallaşması 391,12 milyard dollar olub.
Emil Hüseynov
“Xbox Live” oyun xidmətinin yaradıcısı “Microsoft” şirkətini tərk edib
“Xbox Live” oyun xidmətinin yaradıcısı Boyd Malterer “Microsoft” şirkətini tərk edir. Top-menecer bu haqda öz “Twitter” bloqunda yazıb. "Əlvida, Microsoft! “Xbox” üzərində işləmək çox gözəl idi. Yeni işlə məşğul olmaq vaxtı çatıb" – Malterer yazıb."ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Malterer “Microsoft” korporasiyasında 17 il işləyib. O, 2000-ci ilin əvvəllərindən “Xbox Live” onlayn-xidmətinin hazırlanmasına və işə salınmasına rəhbərlik edib. Bundan sonra Malterer “Xbox” oyun konsollarının hazırlanması bölməsinə rəhbərlik edib.
“Microsoft” korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısıdır. Şirkətin məhsullar portfelinə “Windows” əməliyyat sistemi, “Microsoft Office” proqramı, “Skype” proqramı, “Bing” axtarış sistemi, həmçinin “Xbox” oyun konsolları daxildir. 2014-cü ilin üçüncü rübündə “Microsoft”un xalis mənfəəti 4,54 milyard dollar, mədaxili 23,2 milyard dollar təşkil edib. “NASDAQ” birjasında şirkətin kapitallaşması 391,12 milyard dollar olub.
Emil Hüseynov
Baxış sayı: 919
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet