12px13px15px17px
Tarix:07/01/15

6000 dollarlıq smartfon nümayiş olunub

Bahalı smartfon istehsalçısı “Tonino Lamborghini Mobile” 6000 dollar dəyərində “88 Tauri” modelini nümayiş etdirib. “France-Presse” agentliyi məlumat verir ki, 6 yanvar gecəsi Las-Veqasda “CES-2015” beynəlxalq elektronika sərgisinin açılışından əvvəl bu model nümayiş etdirilib.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, elektronikanın satış qiymətinin azalması üzrə ümumi tendensiyaya baxmayaraq, İtaliya şirkəti ən bahalı modelini buraxıb. Şirkətin əvvəlki smartfon modifikasiyalarının satış qiyməti 4000 dollar təşkil edib. Amma bazarda daha bahalı modellər (məsələn, “Vertu” şirkəti) mövcuddur. “Lamborghini Mobile”in baş direktoru Bob Xatefi bildirib ki, bahalı qurğular vacib deyil, amma belə qurğu sahibləri digər şəxslərdən seçilir.

Qurğunun korpusu paslanmayan poladdan və dəridən hazırlanıb. Smartfon “Full HD” (1920x1080 nöqtə) təsvir ölçülü 5 düymlük ekrana, 20 meqapiksellik kameraya və iki ədəd SİM karta malikdir. Smartfon beş rəngdə əlçatandır.

Emil Hüseynov



Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 May 2024

05 05 2024