Tarix:07/01/15
Ancaq “Flower Power”dən fərqli olaraq, “H2O” qurğusu suvarma işini də özü görür: qurğu çiləyici və içərisi su ilə dolu bərkidici ilə təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, ikinci qurğu “Parrot Pot” adlanır və birinci qurğu ilə eyni funksionala malikdir, amma bitkilər üçün dibçək formasında hazırlanıb. Bu, daha estetik variantdır, amma satış qiyməti, çox güman ki, bahadır. İstehsalçılar hələ ki qurğuların qiymətini açıqlamayıb.
Qeyd edək ki, mobil tətbiqin məlumat bazasında 8000-dən çox bitki haqda məlumat var, ona görə “Parrot” şirkətinin qurğuları bitki aləminin konkret “nümayəndəsi” üçün tələb olunan işıq, istilik, rütubət və qida maddələrinin miqdarını göstərə biləcək.
Emil Hüseynov
“Parrot” şirkətinin "ağıllı" həlləri otaq bitkilərini müstəqil sulayır
“Parrot” şirkəti bitki aləminin həvəskarları üçün nəzərdə tutulmuş iki yeni cihazını nümayiş etdirib. “H2O” adlanan birinci qurğu “Flower Power” ötürücüsünün təkmilləşdirilmiş versiyasıdır. Yeni qurğu sələfi kimi torpağa batırılan mil şəklində hazırlanıb. Cihaz temperatur, işıqlanma dərəcəsi və rütubətin səviyyəsini, həmçinin gübrəli torpağın konsentrasiyasını izləyir. İnformasiya istifadəçinin mobil qurğusuna ötürülür ki, o, vaxtı-vaxtında bitkiyə qayğı göstərə bilsin.Ancaq “Flower Power”dən fərqli olaraq, “H2O” qurğusu suvarma işini də özü görür: qurğu çiləyici və içərisi su ilə dolu bərkidici ilə təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, ikinci qurğu “Parrot Pot” adlanır və birinci qurğu ilə eyni funksionala malikdir, amma bitkilər üçün dibçək formasında hazırlanıb. Bu, daha estetik variantdır, amma satış qiyməti, çox güman ki, bahadır. İstehsalçılar hələ ki qurğuların qiymətini açıqlamayıb.
Qeyd edək ki, mobil tətbiqin məlumat bazasında 8000-dən çox bitki haqda məlumat var, ona görə “Parrot” şirkətinin qurğuları bitki aləminin konkret “nümayəndəsi” üçün tələb olunan işıq, istilik, rütubət və qida maddələrinin miqdarını göstərə biləcək.
Emil Hüseynov
Baxış sayı: 1056
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)