12px13px15px17px
Tarix:05/09/11

“Ubuntu 11.10” əməliyyat sisteminin ilk beta-versiyası çıxıb

“Canonical” şirkəti “Oneiric Ocelot” kimi tanınan “Ubuntu 11.10” əməliyyat sisteminin ilk beta-versiyasının çıxarılması haqqında məlumat verib. Yeni versiyada yaradıcılar “Dash” firma interfeysini əhəmiyyətli dərəcədə təkmilləşdiriblər.

Stolüstü sistemlərin yeni versiyaları “Ubuntu Software Center” (Ubuntu Linux üçün proqram təminatının bulud xidməti) ilə qarşılıqlı əlaqəyə əsaslanır.

“Ubuntu 11.10” versiyası ən məşhur “Linux” distribütividir, onda “3.0.3” versiyasının nüvəsi tətbiq edilib. “Suse” və “Red Hat” məhsulları hələ ki “2.6.x” versiyası “Linux” nüvəsi istifadə edir.

Digər əhəmiyyətli yeniliklər arasında “Mozilla Firefox 7.0” və poçt müştərisi “Thunderbird 7.0”-ın mövcudluğunu qeyd etmək olar. Yeni əməliyyat sisteminin final versiyası 2011-ci ilin oktyabr ayına nəzərdə tutulub.



Baxış sayı: 1839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024