12px13px15px17px
Tarix:13/01/15

“Qlobal məkanın informasiyalaşdırılması təcili və adekvat reaksiyalar tələb edir”

Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşr olan “Strateji təhlil” jurnalının 2014-cü il üçün 4-cü sayı işıq üzü görüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr olunan jurnalda yerli və xarici ölkə ekspertlərinin müvafiq mövzularda məqalələri dərc edilib.
 
Mövzulardan biri də bu günümüzün aktual problemlərindən birinə internetdə informasiyanın yayılması və eləcə də informasiya təhlükəsizliyinə həsr olunub. “KİV, sosial şəbəkələr və informasiya təhlükəsizliyi” adlı dördüncü bölmədə AMEA-nın Fəlsəfə  və Hüquq İnstitutunun dissertantı Şöhrət Eyvazovun “Transformasiya mərhələsində cəmiyyətin informasiya təhlükəsizliyi məsələləri”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının baş mütəxəssisi Anara Novruzovanın “İnformasiya əldə etmək hüququnun müasir dövrdə aktuallığı” adlı məqalələri öz əksini tapıb.
 
Məqalə müəllifləri bildirir ki, qlobal məkanın informasiyalaşdırılması təcili və adekvat reaksiyalar tələb edir. Çoxsaylı istifadəçilər və çoxsaylı istifadə üçün nəzərdə tutulan informasiya resursuna müraciətin intensivliyi onun nə qədər qiymətli olduğunu göstərir. Beynəlxalq ictimai şüurun manipulyasiya edilməsi vasitəsi kimi informasiyadan istifadə olunması müasir geosiyasi xəritənin dəyişməsinə gətirib çıxarır:
 
“Bu gün informasiya sektorunun öyrənilməsindən kənarda qalmaq dövlətin milli maraqlarına və təhlükəsizliyinə ciddi zərbələr vura bilər. Qloballaşma qarşısıalınmaz prosesdir. Dövlətlərin, təşkilatların, iri şirkətlərin siyasi, iqtisadi və başqa maraqları qloballaşmanın köməyi ilə həyata keçirilir. Burada əsas rollardan birini informasiya-kommunikasiya texnologiyalarının inkişafı və səmərəli istifadəsi oynayır. Artıq “sim-sim qapıları açılıb” və onu heç kəs “bağlaya” bilməz. İlk dövrlərdə hansısa texnologiyalardan, o cümlədən qlobal şəbəkələrdən istifadə edilməsini gizli və ya məhdud səviyyədə saxlamaq olardısa, artıq bu mümkün deyil” – deyə jurnalda qeyd edilib.
 
 
SEYMUR



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024