Tarix:14/01/15
“Verizon” şirkətinin informasiya sızması ilə müşayiət olunan kiberinsidentlər haqqında hesabatında kiberhücumların doqquz əsas ssenarisi göstərilərək xarakterizə olunub. Şirkət ekspertləri xüsusilə qeyd edirlər ki, kiberhücum faktı və informasiya sızmasının aşkarlanması arasında bir neçə ayadək vaxt ötür ki, bu da yolverilməzdir.
“Cisco” şirkətinin hesabatında qeyd olunur ki, cinayətkarlar getdikcə daha çox sənaye və kənd təsərrüfatı müəssisələrini hədəf seçirlər. Bununla yanaşı, pərakəndə satış şəbəkələrinin və ödəniş terminallarının kompüter infrastrukturuna hücumlar cinayətkarlar üçün gəlir mənbəyi olaraq qalır. Mobil qurğular üçün zərərli proqram təminatına gəlincə, şirkət ekspertlərinin qiymətləndirməsinə görə, bu proqramların 99 faizi “Android” əməliyyat sisteminə qarşı yönəlib.
“Microsoft” korporasiyasının "Security Intelligence Report” (SIR) hesabatına əsasən, kibertəhlükəsizlik baxımından daha çox boşluqlar əməliyyat sistemlərinin köhnə versiyalarının idarəetməsi ilə işləyən qurğularda rast gəlinir. Mühafizə tədbiri kimi ekspertlər yenilənən, real vaxt rejimində işləyən antivirus proqram təminatından istifadəni tövsiyə edirlər. İkifaktorlu autentifikasiya və kriptoqrafik mühafizəli parollar da müxtəlif hücumların qarşısını almağa kömək edir.
“Akamai” şirkətinin mütəxəssisləri hesab edirlər ki, “DDoS” hücumlardan getdikcə daha çox istifadə olunur. Bu, internet bağlantılarının sürətinin artırılması, eləcə də fərdi kompüterlərdən trafikin təşkilli üçün bot qismində istifadəsi ilə izah olunur. Həmçinin dəfetmə texnikasının tətbiqi və “SSDP” və “UPnP” kimi protokollardan istifadə etməklə yeni növ hücumlar yaranıb. Hesabata görə, “DDoS” hücumlar əsasən ABŞ ərazisindən həyata keçirilir.
Mütəxəssislərin fikrincə, anonimayzerlər, fayl mübadiləsi servisləri, fayl saxlancı, sosial şəbəkə, “Əşyaların interneti” xidmətləri və məsafəli inzibatçılıq sistemləri təhlükə mənbəyidir, - "SecurityLab” yazır.
“Cisco”: “Zərərli mobil proqram təminatının 99 faizi “Android” sisteminə qarşı yönəlib”
“Networkworld” nəşri 2014-cü il üçün internet təhlükəsizliyi sahəsində aparıcı şirkətlərin hesabatlarının icmalını dərc edib. Mütəxəssislər kibercinayətkarların bu və ya digər dövlətlərin xeyrinə gələcək fəaliyyətin siyasiləşməsi və sənaye casusluğunun genişləndirilməsi ilə bağlı proqnozlarla yanaşı, kibertəhlükəsizlik sahəsində hazırkı vəziyyəti xarakterizə edirlər.“Verizon” şirkətinin informasiya sızması ilə müşayiət olunan kiberinsidentlər haqqında hesabatında kiberhücumların doqquz əsas ssenarisi göstərilərək xarakterizə olunub. Şirkət ekspertləri xüsusilə qeyd edirlər ki, kiberhücum faktı və informasiya sızmasının aşkarlanması arasında bir neçə ayadək vaxt ötür ki, bu da yolverilməzdir.
“Cisco” şirkətinin hesabatında qeyd olunur ki, cinayətkarlar getdikcə daha çox sənaye və kənd təsərrüfatı müəssisələrini hədəf seçirlər. Bununla yanaşı, pərakəndə satış şəbəkələrinin və ödəniş terminallarının kompüter infrastrukturuna hücumlar cinayətkarlar üçün gəlir mənbəyi olaraq qalır. Mobil qurğular üçün zərərli proqram təminatına gəlincə, şirkət ekspertlərinin qiymətləndirməsinə görə, bu proqramların 99 faizi “Android” əməliyyat sisteminə qarşı yönəlib.
“Microsoft” korporasiyasının "Security Intelligence Report” (SIR) hesabatına əsasən, kibertəhlükəsizlik baxımından daha çox boşluqlar əməliyyat sistemlərinin köhnə versiyalarının idarəetməsi ilə işləyən qurğularda rast gəlinir. Mühafizə tədbiri kimi ekspertlər yenilənən, real vaxt rejimində işləyən antivirus proqram təminatından istifadəni tövsiyə edirlər. İkifaktorlu autentifikasiya və kriptoqrafik mühafizəli parollar da müxtəlif hücumların qarşısını almağa kömək edir.
“Akamai” şirkətinin mütəxəssisləri hesab edirlər ki, “DDoS” hücumlardan getdikcə daha çox istifadə olunur. Bu, internet bağlantılarının sürətinin artırılması, eləcə də fərdi kompüterlərdən trafikin təşkilli üçün bot qismində istifadəsi ilə izah olunur. Həmçinin dəfetmə texnikasının tətbiqi və “SSDP” və “UPnP” kimi protokollardan istifadə etməklə yeni növ hücumlar yaranıb. Hesabata görə, “DDoS” hücumlar əsasən ABŞ ərazisindən həyata keçirilir.
Mütəxəssislərin fikrincə, anonimayzerlər, fayl mübadiləsi servisləri, fayl saxlancı, sosial şəbəkə, “Əşyaların interneti” xidmətləri və məsafəli inzibatçılıq sistemləri təhlükə mənbəyidir, - "SecurityLab” yazır.
Baxış sayı: 924
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)