Tarix:14/01/15
“Həmin problemlərin həll olunması üçün yeni pedaqoji araşdırmalara, ən mühüm olanı isə müasir informasiya kommunikasiya texnologiyalarının köməyindən istifadə etməyə ehtiyac var. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycanın gələcək vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.”
Daha sonra təqdimatla çıxış edən Oracle Akademiyasının Proqramlarla işin İnkişafı üzrə nümayəndəsi Sinem Kaya institututun direktoru Qulu Novruzova rəhbərlik etdiyi institutda təşkil olunmuş görüşə görə təşəkkürünü bildirib və görüş iştirakçılarına Oracle Akademiya barədə ümumi məlumat verib. Çıxışında Türkiyədə mövcud olan Oracle Akademiya saytındakı kurslardan keçən müəllimlər və İT mütəxəssilərin fəaliyyətində olan dönüşlərindən danışıb:
“Hazırda xarici ölkələrlə yanaşı, Azərbaycandan da artıq bu saytdakı kurslardan keçmiş və beynəlxalq dərəcəli sertifikat əldə etmiş nümayəndələri var. Oracle verilənlər bazası bir əlaqəli verilənlər bazası idarəetmə sistemidir”. S.Kaya “Java” və “Oracle” proqramlaşdırmanın üstünlüklərindən də söhbət açıb. Verilənlər bazasında məlumatları sorğulamaq, nizamlamaq, dəyişmək, silmək, idarə etmək və ya lazım olduqda hansısa bir veriləni (məlumatı) əldə etmək üçün istifadə olunan bir dil - SQL (Strukturlaşdırılmış Sorğu Dili) barəsində də danışıb. Oracle akademiyasının tədris yönümlü tərəflərini açıqlayan Sinem Kaya məktəblilər üçün Alise və Greenfoot proqramı barəsində də məlumat verib. Java ilə obyekt yönlü proqramlaşdırmanın əsaslarının əhəmiyyətindən bəhs edərkən müasir tələblərə cavab verə biləcək müəllimlərin hazırlığına da xüsusi diqqət yetirdiklərini və ayrıca müəllimlərə həmin proqrama dair kursların keçirildiyini bildirib. Bu kurslara Azərbaycanın ali təhsil müəssisələrində çalışanların da qatıldığını vurğulayıb.
Təhsil Nazirliyinin nümayəndəsi , Təhsil Problemləri İnstitutunun direktor müavinləri, şöbə müdirləri, institutun əməkdaşları, orta məktəb direktorları, informatika müəllimləri, İT mütəxəssislərinin iştirakı ilə keçirilən təqdimatın sonunda geniş müzakirələr aparılıb. İştirakçılardan bəziləri orta məktəblərdə İnformatika fənninin tədrisində keçirilən proqramlaşdırma dili mövzusunda “Oracle” və “Java” proqramlaşdırma dilinin də əlavə edilməsi məsələsinə baxılması təklifini bildiriblər.
Eyni zamanda İnformatika fənn kurikulumu üzrə işçi qrupunun üzvləri mövcud informatika fənn kurikulumuna bir daha nəzər yetirmələrini və gələcəkdə məzmuna dair ediləcək əlavə və dəyişikliklərlə bağlı müzakirələri davam etdiriblər.
Həqiqət İSABALAYEVA
“Oracle” və “Java” proqramlaşdırmaya dair təqdimat keçirilib
Oracle Akademiyası nümayəndəsi tərəfindən Təhsil Problemləri İnstitutunda (TPİ) “Oracle” və “Java” proqramlaşdırmaya dair təqdimat keçirilib. Təqdimat mərasimində TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov respublikamızda XXI əsrin başlanğıcından Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin pedaqoji innovasiyalardan istifadə olunmaqla yerinə yetirilməsinin prioritet problem hesab olduğunu vurğulayıb:“Həmin problemlərin həll olunması üçün yeni pedaqoji araşdırmalara, ən mühüm olanı isə müasir informasiya kommunikasiya texnologiyalarının köməyindən istifadə etməyə ehtiyac var. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycanın gələcək vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.”
Daha sonra təqdimatla çıxış edən Oracle Akademiyasının Proqramlarla işin İnkişafı üzrə nümayəndəsi Sinem Kaya institututun direktoru Qulu Novruzova rəhbərlik etdiyi institutda təşkil olunmuş görüşə görə təşəkkürünü bildirib və görüş iştirakçılarına Oracle Akademiya barədə ümumi məlumat verib. Çıxışında Türkiyədə mövcud olan Oracle Akademiya saytındakı kurslardan keçən müəllimlər və İT mütəxəssilərin fəaliyyətində olan dönüşlərindən danışıb:
“Hazırda xarici ölkələrlə yanaşı, Azərbaycandan da artıq bu saytdakı kurslardan keçmiş və beynəlxalq dərəcəli sertifikat əldə etmiş nümayəndələri var. Oracle verilənlər bazası bir əlaqəli verilənlər bazası idarəetmə sistemidir”. S.Kaya “Java” və “Oracle” proqramlaşdırmanın üstünlüklərindən də söhbət açıb. Verilənlər bazasında məlumatları sorğulamaq, nizamlamaq, dəyişmək, silmək, idarə etmək və ya lazım olduqda hansısa bir veriləni (məlumatı) əldə etmək üçün istifadə olunan bir dil - SQL (Strukturlaşdırılmış Sorğu Dili) barəsində də danışıb. Oracle akademiyasının tədris yönümlü tərəflərini açıqlayan Sinem Kaya məktəblilər üçün Alise və Greenfoot proqramı barəsində də məlumat verib. Java ilə obyekt yönlü proqramlaşdırmanın əsaslarının əhəmiyyətindən bəhs edərkən müasir tələblərə cavab verə biləcək müəllimlərin hazırlığına da xüsusi diqqət yetirdiklərini və ayrıca müəllimlərə həmin proqrama dair kursların keçirildiyini bildirib. Bu kurslara Azərbaycanın ali təhsil müəssisələrində çalışanların da qatıldığını vurğulayıb.
Təhsil Nazirliyinin nümayəndəsi , Təhsil Problemləri İnstitutunun direktor müavinləri, şöbə müdirləri, institutun əməkdaşları, orta məktəb direktorları, informatika müəllimləri, İT mütəxəssislərinin iştirakı ilə keçirilən təqdimatın sonunda geniş müzakirələr aparılıb. İştirakçılardan bəziləri orta məktəblərdə İnformatika fənninin tədrisində keçirilən proqramlaşdırma dili mövzusunda “Oracle” və “Java” proqramlaşdırma dilinin də əlavə edilməsi məsələsinə baxılması təklifini bildiriblər.
Eyni zamanda İnformatika fənn kurikulumu üzrə işçi qrupunun üzvləri mövcud informatika fənn kurikulumuna bir daha nəzər yetirmələrini və gələcəkdə məzmuna dair ediləcək əlavə və dəyişikliklərlə bağlı müzakirələri davam etdiriblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1131
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)