12px13px15px17px
Tarix:16/01/15

Azərbaycan proqramçıları “iPhone” və “iPad” istifadəçiləri üçün yeni əyləncəli proqram yaradıblar

“DGTL” Azərbaycan interaktiv agentliyi “uPuzzle” adlı əyləncəli əlavə təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni proqram “http://www.dgtl.az” saytında təqdim edilib.
 
İstifadəçilər “iPhone” və “iPad” qurğuları vasitəsi ilə şəkillərini pazl formasında dostları və digər insanlarla paylaşa bilərlər. Bunun üçün istifadəçi şəkli çəkir sonra onu pazl şəklinə salır və öz dost-tanışlarına göndərir. Onlar isə şəkli istifadəçinin müəyyən etdiyi vaxt ərzində düzgün toplamalıdırlar. Şəkli alan şəxs onu vaxtında toplamadıqda pazl avtomatik olaraq ləğv olunur.
 
Proqram bir sıra digər maraqlı və əyləncəli imkanlara malikdir, onu bu internet ünvanından yükləmək olar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024