Tarix:19/01/15
Bu, Kanadada qüvvəyə minən antispam qanuna edilən əlavələrdə nəzərdə tutulur. Qanunun yeni redaksiyasında deyilir ki, proqram təminatı başqasının kompüterinə quraşdırılan zaman şirkət istifadəçidən icazə almalıdır.
Sənəddə həmçinin boşluqları aradan qaldıran yenilənmə paketi, əməliyyat sisteminin “cookie”ləri, "HTML” və “Javascript” obyektləri üçün bir sıra istisnalar nəzərdə tutulub.
Şirkətlər həmçinin proqram təminatı fərdi məlumatlar topladıqda, kompüterin normal işinə təsir göstərdikdə, funksiyaları və ya kompüter məlumatlarını dəyişdirdikdə, istifadəçi kontentinə üçüncü şəxsin daxil olmasına imkan verdikdə istifadəçilərə bu barədə məlumat verməlidirlər.
Qanunu pozanları 10 milyon dollaradək cərimə gözləyir.
Birinci hissəsi 1 iyul 2014-cü ildə qüvvəyə minən antispam qanunu istifadəçidən ona elektron poçt, sosial şəbəkə və ya çatlar vasitəsilə bildirişlərin göndərilməsi üçün icazənin alınmasını nəzərdə tutur. Bu halda bütün bildirişlərdə göndərənin ünvanı aydın göstərilməli və abunəni ləğvetmə imkanı yer almalıdır, - "IT Expert” yazır.
Kanadada istifadəçinin icazəsi olmadan proqram təminatının avtomatik quraşdırılması qadağan olunub
15 yanvar 2015-ci ildən Kanadada istifadəçinin icazəsi olmadan internet saytından proqram təminatının avtomatik quraşdırılması rəsmən qadağan edilib. Smartfon və ya planşetlərdə də proqram təminatının yenilənməsinin quraşdırılması üçün istifadəçinin icazəsi tələb olunur.Bu, Kanadada qüvvəyə minən antispam qanuna edilən əlavələrdə nəzərdə tutulur. Qanunun yeni redaksiyasında deyilir ki, proqram təminatı başqasının kompüterinə quraşdırılan zaman şirkət istifadəçidən icazə almalıdır.
Sənəddə həmçinin boşluqları aradan qaldıran yenilənmə paketi, əməliyyat sisteminin “cookie”ləri, "HTML” və “Javascript” obyektləri üçün bir sıra istisnalar nəzərdə tutulub.
Şirkətlər həmçinin proqram təminatı fərdi məlumatlar topladıqda, kompüterin normal işinə təsir göstərdikdə, funksiyaları və ya kompüter məlumatlarını dəyişdirdikdə, istifadəçi kontentinə üçüncü şəxsin daxil olmasına imkan verdikdə istifadəçilərə bu barədə məlumat verməlidirlər.
Qanunu pozanları 10 milyon dollaradək cərimə gözləyir.
Birinci hissəsi 1 iyul 2014-cü ildə qüvvəyə minən antispam qanunu istifadəçidən ona elektron poçt, sosial şəbəkə və ya çatlar vasitəsilə bildirişlərin göndərilməsi üçün icazənin alınmasını nəzərdə tutur. Bu halda bütün bildirişlərdə göndərənin ünvanı aydın göstərilməli və abunəni ləğvetmə imkanı yer almalıdır, - "IT Expert” yazır.
Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)