Tarix:19/01/15
“Ginnesin rekordlar kitabı”na düşmək arzusu onu illərdir qarlı-şaxtalı havada Xəzər dənizində çimməyə gətirir. Cavanların həsrətlə onun hərəkətlərini izləməsindən həvəslənən bu dəniz “morj”una heç bir xəstəliyin gücü çatmır.
Onun 67 yaşı var. Masallı rayonunun Hişkədərə kəndində yaşayır. Dünyaya göz açarkən qüsurlu doğulduğundan anası ondan imtina edib. Övladının yaşamasını arzulamayan ana onu həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpənin üç gün qar üzərində qalaraq ölmədiyini görən valideynləri onu evə qaytarıblar: "Mən isti sudan istifadə etmirəm. Evimdə soba yandırmıram".
Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda çimdiyini, heç vaxt xəstələnmədiyini deyir. Dənizdə çiməndən sonra o, özünü gümrah, rahat və yüngül hiss etdiyini bildirir:
"Tövsiyə edirəm ki, mənim kimi sağlam olun. İsti adamın ömrünü çürüdür".
Masallı TKQ-nin rəisi Səməd Abıyevin sözlərinə görə, Ələmdar kişi ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal və hamıdan əvvəl aradan qaldırır. Bu günlərdə yağan qar da onun işinə əngəl yarada bilmədi...
Rəvan Soltanov
Buzlu sudan qorxmayan rabitəçi
Havanın temperaturu mənfi 4 dərəcədir, qar yağır. Belə hava şəraitində hər kəs soyuqdan qorunmağa çalışır. Ancaq bu soyuqların Masallı rayon sakini, Telekommunikasiya Qovşağının montyoru Ələmdar Əliyevə heç bir aidiyyəti yoxdur.“Ginnesin rekordlar kitabı”na düşmək arzusu onu illərdir qarlı-şaxtalı havada Xəzər dənizində çimməyə gətirir. Cavanların həsrətlə onun hərəkətlərini izləməsindən həvəslənən bu dəniz “morj”una heç bir xəstəliyin gücü çatmır.
Onun 67 yaşı var. Masallı rayonunun Hişkədərə kəndində yaşayır. Dünyaya göz açarkən qüsurlu doğulduğundan anası ondan imtina edib. Övladının yaşamasını arzulamayan ana onu həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpənin üç gün qar üzərində qalaraq ölmədiyini görən valideynləri onu evə qaytarıblar: "Mən isti sudan istifadə etmirəm. Evimdə soba yandırmıram".
Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda çimdiyini, heç vaxt xəstələnmədiyini deyir. Dənizdə çiməndən sonra o, özünü gümrah, rahat və yüngül hiss etdiyini bildirir:
"Tövsiyə edirəm ki, mənim kimi sağlam olun. İsti adamın ömrünü çürüdür".
Masallı TKQ-nin rəisi Səməd Abıyevin sözlərinə görə, Ələmdar kişi ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal və hamıdan əvvəl aradan qaldırır. Bu günlərdə yağan qar da onun işinə əngəl yarada bilmədi...
Rəvan Soltanov
Baxış sayı: 497
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı