12px13px15px17px
Tarix:30/01/15

Respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazası yaradılıb

“Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xəzər rayonları üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması” Layihəsi üzrə işlər yekunlaşıb.

Respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri bitib. Layihə çərçivəsində hazırlanmış kadastr məlumatlarının vahid informasiya bazasına köçürülməsi istiqamətində tədbirlər görülür.
 
Eyni zamanda Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin tam ərazisini (təxminən 250 min ha) əhatə edən tam məzmunlu kadastr işləri davam etdirilir. Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov ƏMDK-də keçirilən müşavirədə məlumat verib. Sədr bildirib ki, Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrası davam etdirilir.
 
 Layihə çərçivəsində Bakı şəhərinin Pirallahı rayonu üzrə çöl ölçmə işlərinin icrası yekunlaşmış, Nizami rayonu üzrə çöl-ölçmə işləri davam etməkdədir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1014

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024