Tarix:31/01/15
Smartfonlar üçün əməliyyat sistemləri arasında “Android” platforması sözsüz liderdir: ötən ilin son rübünün nəticəsinə görə, bu platformanın bazar payı 76,7 faiz və illik göstəricisi 81,2 faiz təşkil edib. Analitiklərin qiymətləndirməsinə görə, ötən rüb “Android” platforması ilə işləyən 291,7 milyon aparat və 2014-cü ildə isə 1 milyarddan çox qurğu bazara tədarük edilib.
Beləliklə, “Android” ilk mobil platformadır ki, bu həddi ötüb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Android” üçün yeganə ciddi rəqib “iOS” platformasıdır: 2014-cü ildə “Apple” smartfonlarının tədarükü 192,7 milyona çatıb ki, bu o deməkdir şirkətin əməliyyat sisteminin bazar payı 15 faiz təşkil edib.
Ekspertlər bildirir ki, yeni “iPhone 6” və “6 Plus” modellərinin çıxarılmasından sonra “Apple” şirkətində artım qeydə alınıb. Oktyabr-dekabrda “iOS” platformasının bazar payı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 19,6 faizə çatıb.
Reytinqin üçüncü pilləsini “Microsoft” tutur. Fərdi kompüter bazarından fərqli olaraq, smartfon seqmentində “Windows” platformasının nəticələri zəifdir. Ekspertlər “Windows Phone” əməliyyat sisteminin bazar payını 3 faiz səviyyəsində qiymətləndiriblər.
Emil Hüseynov
2014-cü ildə “Android” smartfonlarının tədarükü 1 milyardı ötüb
“Strategy Analytics” şirkətinin mütəxəssisləri mobil platforma bazarı haqda tədqiqat təqdim ediblər.Smartfonlar üçün əməliyyat sistemləri arasında “Android” platforması sözsüz liderdir: ötən ilin son rübünün nəticəsinə görə, bu platformanın bazar payı 76,7 faiz və illik göstəricisi 81,2 faiz təşkil edib. Analitiklərin qiymətləndirməsinə görə, ötən rüb “Android” platforması ilə işləyən 291,7 milyon aparat və 2014-cü ildə isə 1 milyarddan çox qurğu bazara tədarük edilib.
Beləliklə, “Android” ilk mobil platformadır ki, bu həddi ötüb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Android” üçün yeganə ciddi rəqib “iOS” platformasıdır: 2014-cü ildə “Apple” smartfonlarının tədarükü 192,7 milyona çatıb ki, bu o deməkdir şirkətin əməliyyat sisteminin bazar payı 15 faiz təşkil edib.
Ekspertlər bildirir ki, yeni “iPhone 6” və “6 Plus” modellərinin çıxarılmasından sonra “Apple” şirkətində artım qeydə alınıb. Oktyabr-dekabrda “iOS” platformasının bazar payı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 19,6 faizə çatıb.
Reytinqin üçüncü pilləsini “Microsoft” tutur. Fərdi kompüter bazarından fərqli olaraq, smartfon seqmentində “Windows” platformasının nəticələri zəifdir. Ekspertlər “Windows Phone” əməliyyat sisteminin bazar payını 3 faiz səviyyəsində qiymətləndiriblər.
Emil Hüseynov
Baxış sayı: 759
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)