Tarix:02/02/15
2015-ci ilin yanvarına olan vəziyyətə görə, platforma dünyada fərdi kompüterlərin yarısından çoxunda (55,92 faiz) quraşdırılıb. “Microsoft” korporasiyasının “Windows XP” sisteminin dəstəklənməsini dayandırmasına baxmayaraq əməliyyat sistemi dünyada noutbukların və fərdi kompüterlərin 18,93 faizində istifadə olunur.
Yayılmasına görə üçüncü yerdə 10 faizlik bazar payı ilə "Windows 8.1” əməliyyat sistemi qərarlaşıb. “Windows 8” ilə birlikdə bu sistem fərdi kompüterlərin generasiya etdiyi internet trafikinin 13,83 faizinə nəzarət edir.
Cari ilin yanvarında “Windows” sisteminin bütün versiyalarının ümumi payı 91,56 faizədək yüksəlib. “Mac OS X” kimi rəqabət aparan əməliyyat sistemlərinin payı isə 0,1 faiz bənd azalaraq 7,11 faiz təşkil edib, "Linux” sisteminin 1,34 faizlik göstəricisi son ayda dəyişməz qalıb.
Bununla yanaşı, “StatCounter” analitik şirkəti bir qədər fərqli rəqəmlər təqdim edib. Şirkətin qiymətləndirməsinə görə, “Windows 8” və “Windows 8.1” sistemlərinin 2015-ci ilin yanvarında payı 16,79, “Windows 7”-nin - 49,39, “Windows XP”-nin - 10,83 faizə bərabər olub. “StatCounter” ekspertləri “Mac OS X”-in stolüstü əməliyyat sistemləri bazarında payını 8,22 faiz qiymətləndirib.
“NetMarketShare” və “StatCounter” göstəricilərində fərq onunla əlaqədardır ki, birinci servisin statistikası 40 mindən çox sayta baxan 160 milyondan çox istifadəçinin aktivliyinə əsaslandığı halda “StatCounter” unikal istifadəçiləri deyil, səhifələrin baxış sayını nəzərə alır, - "DailyComm” yazır.
“Windows 8.1” sisteminin əməliyyat sistemləri bazarında payı 10 faizə çatıb
İnternet trafikini təhlil edən "NetMarketShare” servisi əməliyyat sistemlərinin populyarlığını əks etdirən statistikanı dərc edib. Sistemlər arasında birinci yeri hələ də “Windows 7” əməliyyat sistemi tutur.2015-ci ilin yanvarına olan vəziyyətə görə, platforma dünyada fərdi kompüterlərin yarısından çoxunda (55,92 faiz) quraşdırılıb. “Microsoft” korporasiyasının “Windows XP” sisteminin dəstəklənməsini dayandırmasına baxmayaraq əməliyyat sistemi dünyada noutbukların və fərdi kompüterlərin 18,93 faizində istifadə olunur.
Yayılmasına görə üçüncü yerdə 10 faizlik bazar payı ilə "Windows 8.1” əməliyyat sistemi qərarlaşıb. “Windows 8” ilə birlikdə bu sistem fərdi kompüterlərin generasiya etdiyi internet trafikinin 13,83 faizinə nəzarət edir.
Cari ilin yanvarında “Windows” sisteminin bütün versiyalarının ümumi payı 91,56 faizədək yüksəlib. “Mac OS X” kimi rəqabət aparan əməliyyat sistemlərinin payı isə 0,1 faiz bənd azalaraq 7,11 faiz təşkil edib, "Linux” sisteminin 1,34 faizlik göstəricisi son ayda dəyişməz qalıb.
Bununla yanaşı, “StatCounter” analitik şirkəti bir qədər fərqli rəqəmlər təqdim edib. Şirkətin qiymətləndirməsinə görə, “Windows 8” və “Windows 8.1” sistemlərinin 2015-ci ilin yanvarında payı 16,79, “Windows 7”-nin - 49,39, “Windows XP”-nin - 10,83 faizə bərabər olub. “StatCounter” ekspertləri “Mac OS X”-in stolüstü əməliyyat sistemləri bazarında payını 8,22 faiz qiymətləndirib.
“NetMarketShare” və “StatCounter” göstəricilərində fərq onunla əlaqədardır ki, birinci servisin statistikası 40 mindən çox sayta baxan 160 milyondan çox istifadəçinin aktivliyinə əsaslandığı halda “StatCounter” unikal istifadəçiləri deyil, səhifələrin baxış sayını nəzərə alır, - "DailyComm” yazır.
Baxış sayı: 1033
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)