12px13px15px17px
Tarix:05/02/15

Havay ABŞ-ın ən aktiv “selfi” ştatı seçilib

Havay “Instagram” fotoxidmətində dərc edilmiş “selfi” fotoşəkillərinin sayına görə ABŞ ştatları arasında liderlik edir və Böyük Britaniyada Brayton “selfi”nin ən çox çəkildiyi   şəhərdir.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu məlumat 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarınadək olan dövrü əhatə edir.  “Instagram”da yalnız coğrafi məkan haqda nişana malik “#selfie” heşteqli fotoşəkillər qeydə alınıb.

Nəticədə məlum olub ki, Havay “selfi” fotoşəkillərinin dərci üzrə ABŞ-ın ən aktiv ştatı olub. İkinci pillədə Nevada, üçüncü pillədə isə Nyu-York yerləşir.

Emil Hüseynov
 




Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024