Tarix:07/02/15
İndiyədək insanın sağlamlığı haqqında məlumatlar çoxsaylı əlavə və tibbi qurğular vasitəsilə toplanılıb və bir yerdə saxlanılmayıb. Bu səbəbdən “Apple” mütəxəssisləri informasiyanı mərkəzləşdirilmiş qaydada saxlamaq qərarına gəliblər ki, bu da istifadəçilərə və müalicəni aparan həkimlərə sağlamlıq vəziyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək. “HealthKit” isə öz-özlüyündə xəstələr haqqında xəstəlik tarixçələrinin saxlanıldığı qlobal tibbi bazadır. Proqram həkimlərin kompüterinə quraşdırılır, xəstələr haqqında məlumatlar “bulud” texnologiyalı saxlanclara göndərilir.
“Apple” sağlamlıq vəziyyətinə smartfonlar vasitəsilə nəzarət etməyə imkan verən “HealthKit” platforması və "Health” əlavəsini “WWDC 2014” konfransında təqdim edib. Sistem kənar tibbi cihazlarla birlikdə işləyir. Onların köməyi ilə “iPhone” insan orqanizminin göstəricilərini, o cümlədən ürək döyüntüsünü, qanda şəkərin miqdarını izləyə bilir. Parametrlərdən biri normadan kənar olduğu halda bu barədə informasiya dərhal tibbi mərkəzlərinə göndəriləcək.
“Apple Watch” saatının satışa çıxarılması ilə “HealthKit” xidmətinin tətbiqi daha yüksək templərlə gedəcək. Bildirilir ki, səhiyyə sahəsində və “Epic” proqram təminatından istifadə edən on iri sistem tezliklə istifadəçilərin “HealthKit”-dən alınan sağlamlığı və fiziki aktivliyi haqqında məlumatları “MyChart” fərdi sağlamlıq kartına inteqrasiya edə biləcək, - "Internetua” yazır.
ABŞ-da klinika və tibb mərkəzləri “Apple HealthKit” servisini tətbiq edir
ABŞ-da səhiyyə sahəsində fəaliyyət göstərən böyük təşkilatlar sistemlərini “HealthKit” serivisi ilə inteqrasiya etməyə başlayıb. Hazırda ölkənin 23 iri klinika və tibb mərkəzindən 14-ü “Apple” şirkətinin texnologiyasının tətbiqinə başlayıb.İndiyədək insanın sağlamlığı haqqında məlumatlar çoxsaylı əlavə və tibbi qurğular vasitəsilə toplanılıb və bir yerdə saxlanılmayıb. Bu səbəbdən “Apple” mütəxəssisləri informasiyanı mərkəzləşdirilmiş qaydada saxlamaq qərarına gəliblər ki, bu da istifadəçilərə və müalicəni aparan həkimlərə sağlamlıq vəziyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək. “HealthKit” isə öz-özlüyündə xəstələr haqqında xəstəlik tarixçələrinin saxlanıldığı qlobal tibbi bazadır. Proqram həkimlərin kompüterinə quraşdırılır, xəstələr haqqında məlumatlar “bulud” texnologiyalı saxlanclara göndərilir.
“Apple” sağlamlıq vəziyyətinə smartfonlar vasitəsilə nəzarət etməyə imkan verən “HealthKit” platforması və "Health” əlavəsini “WWDC 2014” konfransında təqdim edib. Sistem kənar tibbi cihazlarla birlikdə işləyir. Onların köməyi ilə “iPhone” insan orqanizminin göstəricilərini, o cümlədən ürək döyüntüsünü, qanda şəkərin miqdarını izləyə bilir. Parametrlərdən biri normadan kənar olduğu halda bu barədə informasiya dərhal tibbi mərkəzlərinə göndəriləcək.
“Apple Watch” saatının satışa çıxarılması ilə “HealthKit” xidmətinin tətbiqi daha yüksək templərlə gedəcək. Bildirilir ki, səhiyyə sahəsində və “Epic” proqram təminatından istifadə edən on iri sistem tezliklə istifadəçilərin “HealthKit”-dən alınan sağlamlığı və fiziki aktivliyi haqqında məlumatları “MyChart” fərdi sağlamlıq kartına inteqrasiya edə biləcək, - "Internetua” yazır.
Baxış sayı: 901
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)