12px13px15px17px
Tarix:10/02/15

“Microsoft” “Windows 10” sisteminin hazırlanmasını iyunda başa çatdıracaq

“Microsoft” şirkəti “Windows 10” əməliyyat sisteminin (ƏS) hazırlanmasını cari ilin iyununda başa çatdıracaq. Bu haqda öz mənbələrinə istinadən “Neowin” texnologiya bloqu yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkətin nümayəndəsi “Windows 10” ƏS-nin yekun versiyasının çıxarılma tarixini hələ bildirməyib, ancaq bu il əlçatan olacağı dəqiq məlumdur. Ancaq “Microsoft” yanvarda sınaq proqramında iştirak edən istifadəçilər üçün sistemin ikinci ilkin versiyasını buraxıb və bu ay mobil qurğular üçün sınaq versiyasını buraxmağı planlaşdırır.
 
“Neowin” texnologiya bloqunun məlumatına görə, şirkət “Windows 10” platformasının hazırlanmasını iyunda başa çatdırmaq və qurğu istehsalçılarına təqdim etmək niyyətindədir. Bu addım şirkət üçün məntiqlidir, çünki bu halda istehsalçılar yeni tədris ili qabağı “Windows 10” əsaslı qurğuları çıxarmağa vaxt tapacaq.
 
“Microsoft”un nümayəndələri platformanın çıxarılma tarixini şərh etməkdən imtina ediblər.
 
Emil Hüseynov
 




Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024