Tarix:11/02/15
Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilən bu işlərin məqsədi məlumat bazasından istifadə olunmaqla, sosial xidmətlərə ehtiyac duyan uşaqların əhatə dairəsinin, sosial sifarişlər üzrə göstəriləcək sosial xidmətlərin həmin uşaqların kateqoriyalarına və ehtiyaclarına uyğun konkret istiqamətlərinin müəyyən edilməsidir.
Məlumat bazası uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcək. Bu da sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək.
Nazirlikdən bildirilib ki, ƏƏSMN-in sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr əsasında respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə əhatə olunub.
Həqiqət İSABALAYEVA
Sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazası yaradılacaq
Ölkə üzrə sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması işlərinə başlanıb. Vahid məlumat bazasında sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində və sosial təhlükəli vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə olan və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq.Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilən bu işlərin məqsədi məlumat bazasından istifadə olunmaqla, sosial xidmətlərə ehtiyac duyan uşaqların əhatə dairəsinin, sosial sifarişlər üzrə göstəriləcək sosial xidmətlərin həmin uşaqların kateqoriyalarına və ehtiyaclarına uyğun konkret istiqamətlərinin müəyyən edilməsidir.
Məlumat bazası uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcək. Bu da sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək.
Nazirlikdən bildirilib ki, ƏƏSMN-in sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr əsasında respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə əhatə olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 798
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet