12px13px15px17px
Tarix:13/02/15

“iOS” əlavələrinin həcmi iki dəfə artırılıb

 “Apple” şirkəti bazarda mobil əlavələrə olan tələbatın artımını nəzərə alaraq  “AppStore” internet dükanının imkanlarını genişləndirmək qərarına gəlib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “App Store” yaradıldığından ilk dəfə olaraq  “Apple” onun vasitəsi ilə yayılan əlavə proqramların və oyunların maksimal ölçüsünü genişləndirmək qərarına gəlib.
 
Qeyd edək ki, 2008-ci ildən etibarən əlavə proqramların həcmi 2 GB ilə məhdudlaşıb və bundan daha böyük həcmdə olan proqramların yerləşdirilməsi mümkün deyildi.
 
Hazırda isə bu limit 4 GB-dək artırılıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024