Tarix:14/02/15
“İldən-ilə müsabiqənin keçirilməsi prosesi təkmilləşdirilir, bu isə tədqiqatlarla məşğul olmaq istəyən şagirdlərin sayını artırır. Müsabiqəyə qoşulan məktəblilərin artması buna əyani sübutdur. 2013-cü ildə keçirilən müsabiqəyə 149 şagird qoşulmaq üçün müraciət etmişdirsə, builki müsabiqədə qeydiyyatdan keçən şagirdlərin sayı 480 nəfərə çatıb”.
“Sabahın alimləri” müsabiqəsinin təşkilatçılarından biri olan “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva bu müsabiqənin hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən “İntel ISEF” - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunduğunu xatırladıb. Azərbaycanın müsabiqənin keçirilməsi ilə bağlı təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayan Tatyana Nanayeva sərgiyə qatılmaq istəyən digər ölkələrə bu təcrübədən yararlanmağı tövsiyə edib.
Moldovanın Maarif Nazirliyinin nümayəndəsi Prisakaru Angela, Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi Tinatin Boçorişvili Bakıda “Sabahın alimləri” müsabiqəsinin yüksək səviyyədə keçirildiyini qeyd ediblər. Onlar öz ölkələrində belə müsabiqələrin keçirilməsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayaraq ümumilikdə, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, fevralın 12-də Bakıda “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimi keçirilib. 3 gün davam edən müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edib. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Intel İSEF” ilə birgə təşkil olunan müsabiqənin qalibləri ABŞ-da keçiriləcək İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək.
Həqiqət İSABALAYEVA
“Intel İSEF” ilə birgə təşkil olunan müsabiqənin qalibləri ABŞ-da keçiriləcək İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək
Təhsil Nazirliyində “Sabahın alimləri” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Moldovanın Maarif Nazirliyi, Gürcüstanın Təhsil və Elm Nazirliyi, həmçinin “İntel” korporasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Hüseyn Əliyev “Sabahın alimləri” müsabiqəsinin artıq 4-cü ildir Azərbaycanda keçirildiyini bildirib:“İldən-ilə müsabiqənin keçirilməsi prosesi təkmilləşdirilir, bu isə tədqiqatlarla məşğul olmaq istəyən şagirdlərin sayını artırır. Müsabiqəyə qoşulan məktəblilərin artması buna əyani sübutdur. 2013-cü ildə keçirilən müsabiqəyə 149 şagird qoşulmaq üçün müraciət etmişdirsə, builki müsabiqədə qeydiyyatdan keçən şagirdlərin sayı 480 nəfərə çatıb”.
“Sabahın alimləri” müsabiqəsinin təşkilatçılarından biri olan “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva bu müsabiqənin hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən “İntel ISEF” - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunduğunu xatırladıb. Azərbaycanın müsabiqənin keçirilməsi ilə bağlı təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayan Tatyana Nanayeva sərgiyə qatılmaq istəyən digər ölkələrə bu təcrübədən yararlanmağı tövsiyə edib.
Moldovanın Maarif Nazirliyinin nümayəndəsi Prisakaru Angela, Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi Tinatin Boçorişvili Bakıda “Sabahın alimləri” müsabiqəsinin yüksək səviyyədə keçirildiyini qeyd ediblər. Onlar öz ölkələrində belə müsabiqələrin keçirilməsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayaraq ümumilikdə, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, fevralın 12-də Bakıda “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimi keçirilib. 3 gün davam edən müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edib. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Intel İSEF” ilə birgə təşkil olunan müsabiqənin qalibləri ABŞ-da keçiriləcək İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1063
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet